Qeydiyyat

Bu il 7 bürcün karyerasında yüksəliş olacaq

358


2022-ci ildə Buğa və Əqrəb bürcündəki tutulmalar aprel, may aylarında reallaşdı. Bundan sonra oktyabr və noyabr ayında müəyyən tutulmalar gözlənilir. Bu da bir çox bürcün karyerasında dəyişikliklərə və müsbət hallara gətirib çıxaracaq.

Bəs o bürclər hansılardır?

Karyerasında yüksəlişə keçəcək olan bürcləri təqdim edir:

Şir!

2022-2023-cü illərdə bu bürcün təmsilçiləri üçün Buğa tutulmaları olacaq. Karyeralarında peşəkar səviyyəyə çatacaq və ciddi status qazanacaqlar. Xüsusilə də onlayn platformalarda işləyən və sosial şəbəkələrdə hansısa iş üzərində çalışan Şir bürcləri bu il yüksəlişə hazır olmalıdır. Hətta anidən istefa verə bilər, ya da işlərini dəyişdirə bilərlər. Bu il sosial şəbəkələri gözardı etməyin, dostlarınızın sayını çoxaldın. Bu, sizə xoş təsir bağışlayacaq.

Qoç!

Sizin karyeranızdakı irəliləyiş 2023-2024-cü illərdə olacaq. Lakin bu il də 28 oktyabra qədər baş verənləri yaxşı analiz edin. Fərəhlik və uğur planeti olan Yupiterin 2022-də qoç bürcündə olması sizə gələcək q illərdə gözlənilən hədiyyələr haqqında ipucu olacaq. Çox zaman belə hallarda yeni iş, peşəkar status, etibar qazanılır. Bu il fürsətləri dəyərləndirməyi unutmayın.

Buğa!

2022-nin karyera mövzusunda ən şanslı bürcüdür. Bu il yeni uğurlar əldə etməyiniz gözlənilir. Xüsusilə də avqustun 1-i və 8 noyabr tarixlərinə diqqət edin. O zaman uzun illərdir qurduğunuz xəyal gerçəkləşə bilər.

Qız!

Əkizlər və Oxatan bürcündəki tutulmalar sizə mənfi təsir göstərdiyi üçün son iki il çətin keçdi. Buğa bürcündə yer alan tutulmalar müsbət irəliləyişlərə səbəb olarkən arzu etdiyiniz işdə çalışa bilərsiniz. Xüsusilə də bu il populyarlığınız daha da artacaq və dostlarınızın sayı çoxalacaq.

Dolça!

2020-nin dekabrından 2023-ün martına qədər bürcünüzdə olan Saturn uğursuz addımlar atmağınıza səbəb ola bilər. Karyeranızda prinsipialsınızsa, 2022-də baş verənlər sizi işinizdə daha da yüksəldəcək. İşdən ayrılmağa və ya başqa bir şirkətdə çalışmağa başlayacağınız bir dövrdəsiniz. Sadəcə cəsur olmalı və xəyallarınızın izindən getməlisiniz.

Əkizlər!

Son iki il bürcünüzdəki tutulmalar sizə mübsət təsir göstərdi. Bu il isə ciddi iş təklifi alacaqsınız. Komandanızı dəyişə bilər, ya da işinizdə yüksələ bilərsiniz. Oktyabr və noyabr aylarında işinizlə əlaqəli internetə marağınız arta bilər. Jurnalist, köşə yazarı kimi yeni peşələrdə çalışa bilərsiniz.

Əqrəb!

2013-2014-cü illərdə yaşadığınız hadisələrlə təkrar qarşılaşa bilərsiniz. Bürcünüzdə reallaşacaq olan tutulmalar planlarınızı yenidən qurmağınıza gətirib çıxaracaq. Xüsusilə də onlayn ticarətlə maraqlanırsınızsa, gözlədiyinizdən daha yüksək işə sahib olacaqsınız.
Bolme: Maraqli / Burcler
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: