Qeydiyyat

1 parça buzla üzünüzü cavanlaşdırın

341


Kosmetik buz çox sadə, lakin eyni zamanda çox təsirli kosmetik vasitədir.

Kosmetik buzdan hər gün istifadə etmək olar. Bu vasitə üz dərisini tonuslaşdırır, şişkinliyi, gözlərin altında kölgələri aradan qaldırır, təravətləndirir, kiçik qırışları hamarlayır, dərinin sallanmasının qarşısını alır, cavanlaşdırır.

Müxtəlif elmi araşdırmalar nəticəsində sübut olunub ki, soyuğun təsiri dəridə mübadilə proseslərini və qan dövranını sürətləndirir, dərinin qocalmasını ləngidir. Maraqlıdır ki, buzun dəriyə müsbət təsiri insanlara ta qədimdən məlumdur. Qədim dilbərləri gözəlliyini qorumaq üçün gecə çarpayının baş hissəsinə buzla dolu olan qab qoyurdu.

Buzun daim istifadəsi dərinin solmasını ləngidir. Kosmetik buzu hazırlamaq üçün soyuducunun buz üçün olan qabına adi və ya mineral su, müxtəlif otların dəmləmələrini (çobanyastığı, kalendula, kətan toxumları, adaçayı və s.), meyvə və tərəvəz şirələrini (xüsusilə kartof, xiyar, portağal, qreypfrut, limon), süd töküb dondurmaq lazımdır. Səhər 1 parça buzu götürüb bir neçə dəqiqə ərzində üz dərisinin və həmçini boyun və dekolte zonasının dərisinin üzərində ehtiyatla sürüşdürün. Buzu bir yerdə çox saxlamayın - bu dərinin həddən artıq soyumasına səbəb olacaq. Bütün hərəkətləri massaj xətləri üzrə etmək lazımdır.

Bəzi hallarda bu prosedurdan istifadə etmək olmaz:

- dəriniz çox yağlı və ya əksinə çox quru və həssasdırsa,

- dəridə kuperoz (damarların genişlənməsi) varsa,

- dəri xəstəlikəri zamanı (ekzema, dermatit və s.).
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: