Dünya şöhrətli müğənni Castin Timberleyk mahnılarının müəllif hüququnu Britaniyanın "Hipgnosis Songs Fund Limited" şirkətinə 100 milyon dollara (təxminən 170 milyon manat) satıb.
Bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Bildirilib ki, şirkət bundan sonra sənətçinin 200 mahnıdan ibarət musiqi kataloqunu idarə edəcək. Müqavilə Timberleykin gələcək işlərinə şamil edilmir.