Qeydiyyat

Günün hədisi: Ağıllı və nadan

582


İmam Əli (ə):

أَلْعَاقِلُ يَعْتَمِدُ عَلَيٰ عَمَلِهِ وَ الْجَاهِلُ يَعْتَمِدُ عَلَيٰ أَمَلِهِ

"Ağıllı insan öz təlaş və əməlinə, nadan insan isə öz arzularına arxalanır."

("Qurərul-hikəm", c.1, səh.324, hədis 1240.)

Qısa izah

Ağıllı insanlar sözün əsl mənasında həqiqət axtarışında olan uzaqgörən insanlardır. Bu səbəbdən, onlar ali hədəfləri həmişə kənarda axtarır və ona çatmaq üçün hədsiz səy və təlaş edirlər. Onlar zəhmətsiz belə hədəflərə çatmağın qeyri-mümkünlüyünü yaxşı anlayırlar.


Amma nadan və cahillər arzu dəryasına qərq olaraq, əldə etmək istədiklərini xəyallar aləmində axtarırlar. Çünki xəyal qurmaq insandan o qədər də zəhmət və təlaş tələb etmir.

Xoşagəlməz meyil və istəklərə sahib olmaq onların bütün hədəflərində özünü büruzə verir. Bu tip insanlar bir zaman öz xəyallarının reallığa çevriləcəyi ümidilə yaşayır və sonda arzu və xəyallardan başqa, bir şey əldə edə bilmir. O zaman ayılır ki, artıq iş-işdın keçib, qocalıq və xəstəlik girdabında çapalayır.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: