Qeydiyyat

Saçları necə yumalı?

540


İndiyə kimi saçlarınızın yuyulmasında səhvlərə yol verdiyinizi bilirdinizmi?

Sizin bahalı bir paltarınız, qiymətli daş-qaşlarınız ola bilər. Amma, əgər saçlarınız gözəl görünmürsə o zaman bunların heç bir əhəmiyyəti qalmır. Çünki, bir qadını gözəl göstərən onun saçlarıdır. Saçların gözəl görünməsinin sirri isə ona göstərilən düzgün qulluqdan asılıdır.
Qadınların saçları onların necə qadın olmalarının göstəricisi sayılır. Saçların gözəl olması qadının ətrafdakılara gözəl görünməsinə səbəb olan amildir. Bu səbəbdən də qadınların saçlarıa daha çox diqqət yertirmələri lazımdır.
Saçlara qulluq etmək ilk növbədə onu necə yumaqdan başlanır. Əgər saçlarınıza yetərincə qulluq eməsəniz və onları lazım olan qaydada yumasanız bu saçlarınızın tədricən korlanmasına səbəb olacaq.
Saçların korlanmaması üçün onları necə yumaq lazımdır?
Bəzi insanlar hər gün saçlarını yuyurlar. Buna səbəb onların saçları kirli və yağlı olmasıdır. Bu sözləri hər gün saçlarını yuyan adamlar söyləyir. Saçlarının kirli və yağlı olmasını düşünərək onları hər gün yuyanlar özləri də bilmədən saçlarının strukturunu korlayırlar. Uzun müddət hər gün yuyulan saçlar bir müddət sonra quru və cansız hala düşürlər.
Saçların korlanmasına nələr səbəb ola bilir?
1. Saçları hər dəfə eyni və keyfiyyətsiz şampunlarla yuyan adamlar da saçlarının korlanmasına səbəb olurlar. Əslində şampundan tez-tez istifadə etmək saçlara zərər vurur. Tez-tez şampundan istifadə etmək saçların yağlılığını artırır.
2. Saçları yuyarkən saç dərisini bərk-bərk övkələmək saçların quruduqdan sonra tez yağlanmasına səbəb olur.
3. Eyni şampundan istifadə etmək saçların korlanmasına səbəb ola bilir.
4. Çox isti su ilə saçların yuyulması zamanı saçların keyfiyyəti itə bilir. Bu səbəbdən də saçları yuyarkən orta tempraturda sudan istifadə edilməlidir. Çox isti su saç dərisini qurudur və saçları zəiflədir.
5. Saçlarınızın xüsusiyyətini yaxşı öyrənin. Bu sizə saçınızın xüsusiyyətlərinə uyğun şampun almağa kömək edər. Saçiniza uyğun olmayan şampun saçlarınızın korlanmasına səbəb olur.
6. Saçlarınızı yumazdan əvvəl saçlarınızı darasaız yaxşı olan. Bu sizin saçlarınızdakı saç laklarının, jelelərin tökülməsinə və saçlarındaha yaxşı yuyulmasına səbəb olar. Çünki, kimyəvi vasitələr olan saçları daramamış yuduqda saçlar tam təmiz olmur və daha da korlanır.
7. İstifadə edilən şampunun miqdarına diqqət yetirin. Çox şampundan istifadə etmək saçların korlanmasına səbəb ola bilir. Düzdü, şampunun miqdarı saçların ölçüsünə görə götürülür. Amma, həddindən artıq istifadə etmək saçları korlayır.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: