Qeydiyyat

Dırnaq göyərməsi nədir?

334


Dırnağın göyərməsi məişət zədədlənmləri zamanı meydana çıxan travmadır. Bu zaman dırnaqda göyərmə, ağrı, şikinlik və hematoma əlamətləri əmələ gələ bilir. Bəs dırnaq zədələnən zaman ağırlaşmaların baş verməməsi üçün ilk tibbi yardım məqsədilə nə etmək lazımdır?
Dırnaqlarda zədələnmə ən çox dırnaqlar iki əşya arasında qalıb sıxıldıqda baş verir. Bu zaman ilk tibbi yardım kimi əzilmiş barmağı soyuq suya salmaq lazımdır. Bu vasitə zəif dərəcəli yanıqlar zamanı da çox faydalıdır. Dondurucuda saxlanılan buz kubiklərinin də zədə almış nahiyəyə qoyulması ağrının və qanaxmanın qarşısını ala bilir. Zədə olan kimi buz kubikləri salınmış suda barmağı ən azı yarlm saat saxlamaq daha çox faydalıdır. Bu zaman suya tökülən buzlar əridikcə yeniləri suya əlavə edilməlidir. Sonra dırnaq qurulnmalı və zədə almış nahiyəyə 5%-li yod məhlulu sürtülməlidir. Bu zaman zədələnmiş barmağın hündürdə saxlanılmsı patologiyanın dərinləşməməsinə səbəb olur. Barmağı hündürdə saxlamaq şişkinliyin əmələ gəlməsinin qarşısını alır. Ağrı çox olarsa ilk tibbi yardım və ağrını azaltmaq məqsədilə ağrıkəsicilər qəbul etmək olar. Çünki, dırnaqların dib nahiyəsi əzildikdə bir-neçə gün ağrı hissi ola bilir. Dırnaqların zədə aldıqları zaman aşağıdakı hallarda həkimə müraciət edilməlidir:

* şişkinlik bir-neçə gün ərzində azalmasa
* ağrı hissi azalmasa
* yüksək temperatur müşahidə olunarsa
* barmağı tərpətmək mümkün olmadıqda

Bəzən dırnaqların əzilməsi zamanı sümüklərdə sınıqlar da müşahidə edilə bilər. Bunu qarşısını almaq üçün isə mütəxəssisə müraciət etmək və rentgen müayinəsi etmək lazımdır.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: