Qeydiyyat

“Həya imandandır, iman isə behiştədir”

455


Qurani-Məcid xalqı aşkar və gizli günahdan çəkinməyə çağırır ("Ənam" surəsi, ayə 151).
Aşkar günah həyasızlıq və ədəbsizlik, İslam cəmiyyətinin qanunlarına hörmətsizlik nişanəsidir. İslam dinində ictimai mühitin çirkləndirilməsi olduqca sərt məzəmmət edilir. İslam ümmətinin həyatında qarışıqlıq salanlar üçün ciddi cəzalar nəzərdə tutulur.
Mömin insanlar, xüsusilə ictimai asayiş keşikçiləri cəmiyyətdəki əxlaqsız və həyasız hərəkətlərin qarşısını almalıdırlar. Cəmiyyətdəki aşkar günahlar qorxulu mikrob kimi xalqın, xüsusi ilə də gənc nəslin həyatını məhv edir. Əmr be məruf və nəhy əz münkərin, yəni yaxşıya dəvət və pisdən çəkindirmənin əsas rolu cəmiyyəti aşkar günahkarlıq bəlasından qorumaqdır. Əgər təlim-tərbiyə mərkəzlərində və ailədə gənclər həyalı və iffətli tərbiyə olunarsa, nə gizli, nə də açıq günahkarlığa yer qalmaz.
Həya, Allaha diqqət, günahın nəticəsini düşünmək insanı günahdan çəkindirən ən təsirli vasitədir. İmam Sadiq (ə) buyurur: "Həya imandandır, iman isə behiştədir". İslam Peyğəmbəri (s) buyurur: "Allahdan həya edib, bu haqqı yerinə yetirin. Hər biriniz ölüm gözlərinin qarşısında gecəni sübh etməklə göz, qulaq və dili haramdan hifz etməklə qarını haramdan gözləməklə qəbir və bədənin onda çürüməsini xatırlamaqla bu haqqı gözləyin. Axirəti istəyən kəs dünya həyatının aldadıcı bər-bəzəyini boşlayar." ("Biharul-ənvar", 68-ci cild, səh.333.)
Bir şəxs Həzrət Peyğəmbərdən (s) nəsihət istədiyi vaxt Həzrət (s) buyurdu: "Qövmünün layiqli şəxsindən həya etdiyin kimi Allahdan həya et." ("Biharul-ənvar", 68-ci cild, səh.336.)
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: