Qeydiyyat

Dəfnə yarpağının nadir müalicəvi xüsusiyyətləri

403


Dəfnə yarpağı adətən ədviyyat kimi istifadə olunur - isti və soyuq yeməklərə, turşulara əlavə olunur.

Lakin bir çox insanlar bilmir ki, dəfnə yarpağı nadir müalicəvi xüsusiyyətlərinə malikdir.

Dəfnə yarpaqların kimyəvi tərkibi çox zəngindir - burada efir yağları, vitaminlər (B qrupu, A, C, PP), mikro- və makroelementlər (sink, kalium, dəmir, selen, fosfor və s.) var.

Dəfnə orqanizmə antiseptik, iltihabəleyhinə, göbələkəleyhinə, sidik və tərqovucu təsir edir, şəkərin səviyyəsini və arterial təzyiqi aşağı salır, həzm prosesləri yaxşılaşdırır.

Dəfnə yarpaqları orqanizmi artıq duzlardan təmizləyir. Bunun üçün dəmləmə istifadə olunur. Təxminən 20 dənə quru yarpağın üzərinə 2 stəkan qaynar su əlavə olunur (termosda dəmləmək daha yaxşıdır). Dəmləmə gün ərzində kiçik qurtumlarla içilir. Müalicə müddəti - 3 gün. 1 həftədən sonra müalicə kursu təkrar olunur.

Stomatit və digər ağız boşluğu iltihabları zamanı dəfnə yarpağı çox yaxşı kömək edir. Bunun üçün gün ərzində bir neçə dəfə dəfnə yarpağı sadəcə çeynəmək lazımdır. Daha sonra 1 saat ərzində heç nə yemək və içmək olmaz.

Ayaqlarınız həddən artıq tərləyirsə, dəfnə yarpaqları ilə olan ayaq vannaları edin. Bunun üçün 20 dəfnə yarpağı 1 stəkan qaynar suda dəmlənilir və vannaya əlavə olunur.

Şəkərli diabet zamanı dəfnə yarpaqları dəmləməsi qanda şəkərin səviyyəsini aşağı salır.

İltihabəleyhinə təsirinə malik olan dəfnə soyuqdəymə xəstəlikləri zamanı da dəmləmə şəklində istifadə oluna bilər. Bundan əlavə ailənin digər üzvlərini infeksiyadan qorumaq üçün aromatik dəfnə yağı aromalampaya damızdırın və ya dəfnə yarpaqları dəmləyib otaqlara buxar verin. Bu buxar havada olan mikrobları öldürür.

Fitonsidlər və sinklə zəngin olan dəfnə yarpaqları immunitetə möhkəmləndirici təsir edir.

Dəfnə yarpaqları ilə olan inhalyasiyalar haymorit zamanı uğurla istifadə olunur. Bunun üçün dəfnə yarpaqları dəmlənilir (10 quru yarpaq + 1 stəkan qaynar su), enli qaba tökülür və xəstə bu qabın üzərində nəfəs alır. Prosedura bir neçə dəfə təkrar olunmalıdır.

Dəfnə yarpağı dəmləməsi ishal zamanı uğurla istifadə oluna bilər.

Dəfnə insanın sinir sisteminə çox müsbət təsir edir. Dəfnə ilə olan vannalar sakitləşdirir, yuxusuzluqla mübarizədə kömək edir.

Dəfnə yarpaqları kosmetik məqsədi ilə də istifadə oluna bilər. Belə ki, iltihablaşmış, üzərində civzələr və qara nöqtələr olan dərini təmizləmək üçün belə vasitə düzəltmək olar: 10 dənə xırdalanmış quru dəfnə yarpağı götürülür, üzərinə 1 stəkan araq əlavə olunur və 1 gün saxlanılır. Daha sonra bu vasitə süzülür və dərinin iltihablaşmış sahələrinə çəkilir.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: