Qeydiyyat

Adi duzun geniş istifadəsi

378


Adi duz qidaların, turşuların hazırlanmasında istifadə olunur.

Bunu hamı bilir. Lakin duzun çox güclü müalicəvi xüsusiyyətləri də var. Emaldan keçməmiş (tund rəngdə olan iridənəli duz) daha xeyirli sayılır.

- Duz güclü iltihabəleyhinə xüsusiyyətə malikdir. Duz məhlulu ilə qarqaralar (1 stəkan qaynanmış ilıq su + 1 çay qaşığı duz) dişlər və damaqların iltihabları zamanı çox yaxşı kömək edir - ağrısızlaşdırır, iltihabı azaldır.

- Duz məhlulu ilə qarqaralar tonzillit (angina) zamanı da çox effektlidir.

- Zökəm zamanı duzla olan (adi və ya dəniz duzu istifadə oluna bilər) burun damçıları istifadə etmək yaxşıdır.

- Soyuq fəsillərdə qrip və soyuqdəymə xəstəliklərin epidemiyaları zamanı çoldən, məktəbdən, mağazadan və s. evə qayıtdıqda uşağın burnunu duzlu su ilə yuyun və duzlu su ilə qarqara edin. Bu çox effektli profilaktik vasitədir (böyüklər də bu vasitədən istifadə edə bilərlər).

- Oynaqlar xəstəlikləri (artrit və artroz) zamanı duz məhlulu ilə islatmalar (2 çay qaşığı duz + 1 stəkan qaynanmış ilıq su) xəstələrə çox yaxşı kömək edir. İlıq məhluldə 8 qat qatlanmış tənzif isladın, sıxın və oynağın üzərinə qoyub 10-15 dəqiqə saxlayın.

- Duz əlavə olunmuş ayaq vannaları (5 l su + 100 qr duz) göbələklə mübarizə edir, ayaqlarda olan şişkinlik və yorğunluğu aradan qaldırır.

- Duz irinli yaraları, irinlikləri çox yaxşı təmizləyir. Bunun üçün duzl məhlulu ilə islatmalar istifadə olunur (2 çay qaşığı duz + 1 stəkan su). Böyük Vətən müharibəsi zamanı dərmanlar çatışmırdı və həkimlər əsgərlərin yaralarına duzlu suda isladılmış sarıqlar qoyurdular.

- Müxtəlif dəri xəstəlikləri və iltihabları zamanı duz vannaları və duz məhlulu ilə olan islatmalar çox yaxşı kömək edir.

- Dəridə hematomalar, qançırlar, yanıqlar olduqda duzlu su ilə olan islatmalardan istifadə edin.

- Duz vannaları arıqlamağa kömək edir, bədən dərisini daha hamar edir, cavanlaşdırır, orqanizmi toksinlərdən və şlaklardan təmizləyir. Dolu vannaya 1/2 kq duz tökmək lazımdır. Duz kiçik çit torbaya tökülür və bu torba suya salınır. Suyun temperaturu - 38 C-dən yuxarı olmamalıdır. Vannalar 10-15 gün 20 dəqiqə ərzində qəbul olunur. Bu sadə üsul 5 kq qədər arıqlamağa kömək edə bilər.

- Üz dərisinə də duz çox müsbət təsir edir, dərini daha parlaq və hamar edir, cavanlaşdırır. Duzu istənilən yağlı kremə (xamaya, zeytun yağına) əlavə edin və yüngül hərəkətlərlə massaj xətləri üzrə üz dərinizə bir neçə dəqiqə ərzində sürtün və sonra dəridə 5-10 dəqiqə saxlayıb yuyun. Bu vasitə dərini ölmüş hüceyrələrdən təmizləyir, dərini sanki cilalayır, ipək kimi edir.

- Saçların tökülməsi zamanı baş dərinizə massaj xərəkətləri ilə duz sürtün. Duz baş dərisində qan dövranını yaxşılaşdırır, dəriyə antiseptik təsir edir, kəpəklə mübarizə aparır.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: