Xalq arasında uçuq olaraq bilinən, herpes adlanan xəstəlik hər kəsin çox nifrət etdiyi və tez-tez yaşadığı bir problemdir. İnsanlar bu uçuq virusunun tam olaraq nə olduğunu hələ də bilmir.
Əslində qaynağı da müəyyən edilməyib. Bilinən bir şey varsa, o da bədənə hiyləgərcə yerləşən və hər fürsətdə özünü ortaya çıxardan bir virus olduğudur. Uçuq virusu araşdırmalardan aydın olduğu qədəri ilə insanların genetik sistemində, yəni irsi olaraq davam edən bir xəstəlikdir. Əgər uçuq virusu özünü büruzə veribsə, bunu tez bir sürətdə sağaltmaq mümkün olmasa da, sağalma müddətini tezləşdirən bir sıra üsullar var.
Uçuğun səbəbləri:
Uçuq immunitet sisteminin zəiflədiyi zamanlarda xüsusilə özünü büruzə verən bir virus növüdür. Bu vəziyyət xəstələndikdə, zəif qidalandıqda və bədən zəif olduqda reallaşar. Eyni zamanda stress, psixi pozuntular da əhəmiyyətli ünsürlərdir.
Uçuq virusunun təsirləri 24 saat əvvəlindən qaşıntı, qızartı kimi şəkillərdə ortaya çıxar və sonrasında iltihablı bir qabarıqlıq ilə müşahidə edilər. Bu təsirləri zəiflətmək və müalicə edilməsində kömək olmaq üçün istifadə edilən maddələrdən biri spirtdir. Uçuq əgər çox uzun müddət yaxşılaşmırsa risk meydana gətirə bilər. Bu vəziyyətdə həkimə müraciət edilməlidir.
Uçuğu müalicə edən vasitələr:
Uçuğun üstünə buz qoyun və bir neçə dəfə bunu təkrarlayın. Bu uçuğun ağrısını azaltmaqla bərabər, sağalmasını da tezləşdirəcək.
Sarımsağn suyunu sıxaraq uçuğun üzərinə sürtün. Xəfif hərəkətlərlə masaj edin. Uçuğun sağalmasını təmin edəcək.