Qeydiyyat

Qeybət olmasın, amma...

383


Qeybətin bir növüdə var: "Bəzən insanlar özlərini günahsız göstərib qeybət bataqlığına yuvarlanır, früsət tapan kimi kiminsə arxasınca danışırlar. Üstəlik özlərini təmizə cıxarır.

"Ürəyində zərrə qədər pis şey yoxdur, amma..." kimi sözlərlə başlayıb nəfislərini "paklaşdırdıqdan" sonra başqaları haqqında "nə lazımsa" danışırlar.

Başqa fürsətdə "filankəs" haqqında danışır, kimisə kimisə gözdən salmağa çalışırlar. Birdə görürsünüz ki, özundən başqa hamının üstündan xətt çəkib, hamını yıxıb sürüyüb, hələdə: "Qeybət olmasın, amma..." deyib susmaq bilmir.

Saleh bir qul, səmimi mömin bu cur riyakar qeybətdən fərsəx-fərsəx uzaq olmalıdır. Bəli dolayı yolla, məsələn əzib-büzərək, hadisələri təhrif edərək, özünü məsum göstərərək qeybət etmək əsil ikiüzllükdür.

Əxlaq və xarakterlə bağlı qeybət

Bir insan haqqında "Xasiyyəti pisdir, xəsisdir, əsəbidir, kinlidir, riyakardır, qorxaqdır, acizdir..." kimi sözlər işlətmək də qeybətin bu növünə daxildir.

Muazi ibin Cəbəl rəvayyet edir ki, bir gun Resulu Əkrəmin hüzurunda bir adamın acizliyindən danışdılar. Allah Rəsulu dərhal müdaxile edərək:

- Qardaşınızın qeybətini etdiniz - buyurdu. Səhabələr dedi:

- O, bizim dediyimiz kimidir - dedilər. Rəsulullah da:

- Elə olmasaydı , onda iftira atmış olardınız - buyurdu.

Dini mövzularlada qeybət

"Filankəs oruclu ola-ola günah işləyir. Namazı necə gəldi qılır, zəkatı gecikdirir..." kimi cümlələr işlətmək dini məsələlərlə bağlı
qeybət sayılır.

Dünyəvi məsələlərədə qeybət

"Ədəbsizdir, cammatın haqqına riayət eləmir, çox danışır, çox yatır, çox yeyir..." kimi ifadələr İmam Qəzali dünyəvi qeybət
saymışdır.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: