Qeydiyyat

Qışda arıqlamaq istəyənlər bunları yesin

412


Qış mövsümün öz gözəllikləri ilə yanaşı çətinlikləri də var. İnfeksiyalar, soyuqdəymə, qrip bədənin immunitetini aşağı salır. Bununla yanaşı pəhriz saxlamaq bədənin müqavimətini zəiflədə bilər.

Soyuq havalar da belə sizi enerjili saxlayacaq bəzi yemək reseptlərini təqdim edir.

1. Öncəliklə qeyd edək ki, bədəndən zəhərli maddələri xaric edən kələm qış mövsümündə daha çox istehlak etməyiniz tövsiyə olunur. Tərkibindəki B vitamini bədəndəki enerji mübadiləsini tənzimləyərək arıqlamağa kömək edir. C, K vitamini, kalium, maqnezium, selenium, polifenol və kükürd kimi minerallar immuniteti artırır, əzələləri və sümükləri gücləndirir, yorğunluğun qarşısını alır. Bundan əlavə, tərkibindəki C vitamini kollagenin istehsalını dəstəkləyir və dərini cavanlaşdırır.

Kələm şorbasının tərkibi:

1 stəkan kəsilmiş ağ kələm
1 xörək qaşığı zeytun yağı
1 çay qaşığı sarıkök
1 çay qaşığı kimyon
1 çay qaşığı üyüdülmüş qara bibər
2 xörək qaşığı bulqur
2 xörək qaşığı qırmızı mərcimək
1 qırmızı bibər
1 pomidor
1 soğan
2 diş sarımsaq

Bütün inqrediyentləri 2 stəkan su ilə qazanda bişirin. Pəhriz zamanı yeməkdə bu şorbadan 1 boşqab içməyiniz tövsiyə olunur.

2. Bol K vitamini, orta kalium, maqnezium, A vitamini və fol turşusu ehtiva edən digər qış tərəvəzi isə kərəvəzdir. Tərkibində yüksək miqdarda fenolik birləşmələr olan apigenin və luteolin olan kərəviz əla antiinflamatuar təsiri olan qidalardan biridir. Kərəviz sapı qaraciyərdə toksinlərin orqanizmdən çıxarılmasını təmin edən fermentləri aktivləşdirir. Bundan əlavə, kərəviz böyrəküstü vəziləri işlətməklə yorğunluğun qarşısını alır.

Kərəvəz salatının tərkibi:

1 orta boy kərəvəz
1 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı süzülmüş qatıq
1-2 diş əzilmiş sarımsaq
1 kiçik incə doğranmış soğan
3-4 turşu xiyar
çili bibəri

Kərəvəzi sürtgəcdən keçirib bir az limon sıxmaqla qaralmasının qarşısını alın. Ayrı yerdə süzülmüş qatıq, zeytun yağı, sarımsaq, soğan və çili bibərini qarışdırın. Qarışığa kərəvəzi əlavə edin. Salatınızı xırda doğranmış turşu xiyarla dadlandıra bilərsiniz.

3. Pırasa qış mövsümünün əvəzolunmaz tərəvəzlərindəndir. Fol turşusu, A, B6, C, K vitaminləri, dəmir və manqanla zəngin olan pırasa, bədəni enerji ilə təmin edir, sümük və toxumaların inkişafına dəstəkləyir. Bu tərəvəz ani aclığın qarşısını alır, uzun müddət tox qalmağınıza dəstək olur və arıqlamağınızı asanlaşdırır.

Bulqurlu pırasanın tərkibi:

1 dəstə pırasa
1 kiçik soğan
1 orta boy kök
2 böyük qırmızı bibər
2 orta boy pomidor
4 xörək qaşığı bulqur
1 xörək qaşığı zeytun yağı
duz
istiot

Soğan və yerkökünü xırda-xırda doğrayıb böyük bir qazanda qovurun. Sonra doğranmış pırasanı qazana əlavə edin. Pomidoru rəndələyib bu qarışıma əlavə edin. Bir az su töküb bişirməyə davam edin. Sonda qırmızı bibər, bulqur və ədviyyatları əlavə edib daha 5 dəqiqə bişirin.

4. Gül kələm orqanizmdən toksinlərin atılmasını artıran tərəvəzdir. Ən yaxşısı onu çiy halda salatlara əlavə etməkdir. Bağırsağın hərəkətini artıran bu təzə tərəvəz həm də immunitet sistemini gücləndirir. Tərkibindəki sulforan və indollar sayəsində orqanizmin antioksidant qabiliyyətini artırır. Tərkibindəki C vitamini və sink ilə canlı dəriyə, daha güclü saç və dırnaqlara sahib olmanızı təmin edir.

Tərkibi:

1 orta gül kələm
1 böyük qırmızı bibər
1 böyük yaşıl bibər
1 soğan
2 diş sarımsaq
yarım limon

Sousu üçün:

1 litr süd
2 xörək qaşığı tam buğda unu
1 yumurta sarısı
1 çay qaşığı köri
1 çay qaşığı sarıkök
duz, istiot, xardal

Gül kələmini sarımsaq və limon suyu ilə suda bir az qaynadın. Soğan və bibəri yarım halqalara doğrayın. Ayrı bir qazanda süd, tam buğda unu və yumurta sarısını qarışdıraraq bişirin. Sous qaynamağa başlayanda duz, köri, sarıkök və qara bibər əlavə edib bişməyə buraxın. Soğan və bibəri qaynadılmış gül kələminə əlavə edin. Sonda üzərinə hazırladığınız sousu töküb 180 dərəcədə sobada 15-20 dəqiqə bişirin.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: