Qeydiyyat

Sarıkökün bu zərərləri olduğunu bilirdinizmi?

485


Sarıkökün faydaları haqqında hamının yetərincə məlumatı var. Sarıkökdən əsrlər boyu müalivə vasitəsi kimi və kulinariyada geniş istifadə edilib. Onun təbii qida maddəsi olmasına baxmayaraq toksiki təsirləri də var. Siz sarıkökün fydaları haqqında çox şey eşitmisiniz, amma, onun orqanizmə toksiki təsirləri barədə yəqin ki, xəbəriniz yoxdur. Sarıkökün orqanizmə yanaşı təsirləri var. O ürəkbulanmaya, ishala və mədə ilə bağlı problemlərə səbəb ola bilir. Hətta sarıkökün qara istiotla qarışımı qanın tərkibinin dəyişməsinə səbəb olur. Sarıkökün aşağıdakı zərərləri var.

1. Merliend Ştatının Universitetinin araşdırmaları sarıkökün mədənin turşuluğunu artırdığını sübut etmişdir. Ondan uzun müddət istifadə etmək mədənin turşuluğunu artırır və bu səbəbdən müxtəlif patologilaların əmələ gəlməsinı səbəb olur.
2. Sarıkökdən hər gün istifadə etmək öd kisəsinin fəaliyyətini sürətləndirir. Öd kisəsində daşlar olduğu zaman sarıkökdən çox istifadə eləmək daşların öd axarına düşməsinə və problemlərin əmələ gəlməsinə səbəb ola bilir.
3. Çoxlu miqdar sarıkök qəbul eləmək böyrəklərdə daşların əmələ gəlməsinə səbəb olur. Sarıkök əriyə bilən oksalat daşlarının kalsinat daşlarına çevrilməsinə səbəb olur. Kalsinat daşları isə parçalanması çətin olan böyrək daşları hesab edilir. Bunun baş verməməsi üçün gün ərzində 50 mq-dan çox sarıkök qəbul eləmək olmaz.
4. Sarıkök qəbul eləmək qanda şəkərin miqdarının aşağı düşməsini çətinləşdirir. Bu səbəbdən də şəkərli diabet xəstələrinə sarıkökdən az miqdar istifadə etmək məsləhət görülür.
5. Hamilə və südəmizdirən qadınlara sarıkökdən çox istifadə etmək olmaz. Çünki onun uşaqlığı stimulyasiya etmək qabiliyyəti vardır. Ondan çox istifadə eləmək vaxtından əvvəl aybaşının olmasına səbəb ola bilir.
6. Əməliyyat keçirməyə hazırlaşan adamlara əməliyyatdan 2 həftə əvvəl müddətdə sarıkök qəbul eləməyə icazə verilmir. Sarıkök qanın durulmasına səbəb olur ki, bu da əməliyyat zamanı qanaxmalara səbəb ola bilir.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: