Qeydiyyat

Bu yaz hansı göz kölgələri dəbdədir? - Sekiller

709



Mövsüm dəyişdikcə geyimlərlə yanaşı makiyajda da fərq yaranır. Yazın təravətli havasını daha canlı rənglərdən istifadə edərək vurğulaya bilərsiniz. Bəs, 2022-ci ilin yazında gözləri hansı rənglərlə önə çıxartmaq dəbdədir?

il başlayandan təqdimatı olan markaların podiumda üstünlük verdiyi makiyajlar əsasında yaz-yay fəsilləri üçün uyğun göz makiyajlarını təqdim edir.

Son bir neçə ildə vizajistlər göz makiyajında daha çox parlaq çalarlara üstünlük verirdilərsə, bu mövsüm ağ rəng üstünlük təşkil edir. Bu il dəfilələrdə "Dior" və "Yanina Couture"un aşağı göz qapağında istifadə etdiyi kontur diqqət çəkib. Əgər bu sizin üçün çox ekstravaqantdırsa, o zaman onu yuxarı göz qapağına çəkə bilərsiniz.

[center]


Bu mövsüm şübhəsiz ki, çəhrayı rəngdən istifadə üstünlük təşkil edir. Belə ki, bu rəngdə manikür və makiyaj həmişəkindən daha aktualdır. Çəhrayı göz kölgəsi və ya laynerdən istifadə edərək xarici görünüşünüzü tamamlaya bilərsiniz.



Yaz-yay mövsümünün digər parlaq gözəllik trendi isə qızılı rəngdir. Hansı makiyajı etməyinizdən asılı olamayaraq bu rəngdən gedəcəyiniz məkana uyğun miqdarda istifadə edə bilərsiniz. Sadə makiyaj zamanı gözlərin künclərinə bir az qızılı çalar əlavə etmək yetərli olacaqdır. Bunu parıltılı göz layneri ilə əvəz etmək də olar.



Gözlərin rəngini vurğulamaq və onları daha ifadəli etməyin ən bilinən yolu isə kölgədir. Lakin burada söhbət bütün göz qapağını əhatə edən ağır kölgədən getmir. Karandaşla çəkilən konturu fırça yardımı ilə yaymaq kifayət edəcəkdir.



İllrədir dəyişməyən sadə göz konturları bu il də bir çox brendin təqdimatında yer alıb. Uzun qara layneri istər göz qapaqlarına, istərsə də aşağı bölgəyə çəkə bilərsiniz.
[/center]

Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: