Zərif və diqqət çəkən duruşu ilə hər bir qadının əvəzolunmazı olan kosmetik vasitələrdən biri də qırmızı rəngli dodaq boyasıdır. Bəlkə də ən çox cəsarət tələb edən dodaq boyası qırmızı rəngli olanlardır. Eyni zamanda makiyajınızı tamamilə dəyişəcək və sizi günün ulduzuna çevirəcək gücə malikdir.
Qırmızı dodaq boyasını çəkməyin qaydalarını təqdim edir:
Birinci növbədə ölü dəridən qurtulmalıyıq. Pomada çəkməzdən əvvəl dodaqlarınızı pilinq edərək canlandırmağa çalışın.
Dodağı hazırlama zamanı ən vacib addım təbii ki, nəmləndirmədir. Dodaq balzamı ilə maska edərək onları nəmləndirə bilərsiniz.
İndi isə ən vacib hissəyə keçirik. "Pomada"nız ilə eyni tonda olan qələm ilə dodaqlarınızın kənarlarını tündləşdirin. Onların daha böyük görünməsi üçün bir az kənara da çıxa bilərsiniz.
Dodaq boyası seçiminiz tamamilə sizə bağlıdır. Mat, parlaq... İstədiyiniz "pomada"nı dodaqlarınıza tam şəkildə çəkərək doldurun.
Sonuncu addım qüsurların örtülməsidir. Dodaqların kənarına keçmiş "pomada"nı gigiyenik qulaq çöpləri və ya konsiler (örtücü) ilə aradan qaldıra bilərsiniz.