Azərbaycan mətbəxində də geniş iştifadə olunan göyərti növü keşniş yalnız kulinariyada deyil, həmçinin digər sahələrdə - tibdə, aromaterapiyada, kosmetologiyada geniş istifadə edilir.
Tərkibində bol miqdarda üzvi turşular, efir yağları, vitaminlər, mikro və makro elementlər var.
Mətbəxdə keşniş bitkisinin müalivəci xüsusiyyətlərini təqdim edir:
1. Xolesterinin səviyyəsini aşağı salır
Keşnişin yarpaqlarında koriandrin maddəsi var ki, bu da yağ mübadiləsini tənzimləyərək "zərərli" xolesterinin miqdarını azaldır.
2. Ürəkbulanmanı aradan qaldırır
Keşniş bioloji aktiv maddələrlə zəngindir. Bu xüsusiyyəti sayəsində o, mədə pozulmasının qarışısını alır, ürək bulanması və qusmanı aradan qaldırır.
3. Sümükləri möhkəmləndirir
Keşniş kalsium mənbəyidir. Buna görə də o, sümüklərin möhkəm olması üçün çox vacibdir. Bu bitki sümüklərin əriməsinin qarşısını alaraq osteporozun əmələ gəlməsini aradan qaldırır.
4. Əsəbləri sakitləşdirir
Müasir zamanda insan demək olar ki, hər gün stressə məruz qalır. Keşnişin tərkibində olan sedativ xüsusiyyətə malik sakitləşdirici maddələr stressin əlamətlərini aradan qaldıraraq insanı rahatladır. Buna görə də əsəbi insanlar bu göyərtidən bolluca istifadə etməlidirlər.
6. Yuxuya yaxşı təsir edir
Gecələr yaxşı yatmaq istəyirsinizsə, o zaman bol keşniş yeyin. Tərkibində B vitamini və manqnezium olan keşniş təbii sakitləşdirici kimi təsir göstərərək bədəni və düşüncələri rahatladır.
Keşnişli smuzi resepti
Tələb olunan ərzaqlar:
•2 fincan təmizlənmiş və doğranmış ananas
•1 ədəd dondurulmuş və doğranmış banan
•1-1,5 fincan doğranmış keşniş
•1 x/q limon şirəsi
•400 ml hind qozu südü
Bütün ərzaqları kokteyl aparatına qoyun və bircinsli kütlə alınana qədər əzin. Alınan smuzini gün boyunca içərək daha gümrah və yüksək əhval-ruhiyyədə qalacaqsınız