Hilin faydaları
Hil zəncəfilkimilər fəsiləsinə aid olan bitkinin meyvəsidir. Hil Mərkəzi Afrika və Vyetnamda daha çox bitir. Hil ağacının kiçik qutuya bənzər nazik qabıqlı kasaçığında yerləşən toxumlarından müxtəlif məqsədlərlə istifadə edilir. Hil toxumlarının yerləşdiyi kasacıqların ölçüsü və rəngi hilin növündən asılı olaraq müxtəlif olur. Hildən bir çox ölkələrin mətbəxlərində geniş istifadə edilir. Hindistanda hil ən çox istifadə olunan ədviyyatlardandır. Orada hili müxtəlif adlarla adlandırılır və yaşıl hili Dahi Moqolların vəsiyyəti hesab edirlər. Orta əsrlərdə Avropa əczaçıları hili insanlara bütün dərdlərin dərmanı kimi təqdim etmişlər. Çinlilıər hili müdrik bir qida vasitəsi hesab edirlər. Adətən ədviyyat vasitəsi kimi hilin toxumlarından istifadə edilir. Toxumlar isə ayrıca deyil, kasacığın içərisində olduğu halda satışa çıxarılır.
Necə seçməli?
Satışda hili üyüdülmüş və ya kassacıqda olduğu halda almaq olur. Onu alarkən kasacığın bütövlüyünə, tamamilə quru olmasına, ətrinin kəskinliyinə diqqət yetirmək lazımdır. Bu əlamətlər onun kefiyyətinin göstəricisidir. Təzə hili uzun müddət saxlamaq istədikdə isə onu günəşin altında qurutmaq lazımdır. Onu istifadə etməzdən əvvəl üyütdükdə təsiri və dadı daha güclü olur.
Qida sənayesində
Qida sənayesində hilin yeri çox genişdir. Onun ətrindən bir çox şirniyyatların hazırlanması üçün istifadə edilir. Bir çox Şərq ölkələrində hilin adaçayı və badamla qarışımından istifadə edilir. Ən çox da bayram süfrələrini bəzəyən şirniyyatlara hil əlavə eləmək bəzi ölkələrdə adət şəklini alıb. Azərbaycanda da Novruz şəkərburalarının hazırlanması zamanı hildən istifadə edilir.
Hildən müxtəlif içkilərin, desrtlərin, konditer məhsullarının hazırlanması zamanı istifadə olunur. Bəzi ölkələrdə qara hili kolbasa məhsullarına da əlavə edirlər. Almanlar hili pasxa şirniyyatları hazırlayan zaman işlədirlər. Asiyalılar və ərəblər hili kofelərinə əlavə edirlər. Hildən çayların dadlandırılması məqsədilə istifadə olunur. Sitrus və hil əlavə edilmiş çay berqamot ətri bağışlayır.
Dünyaca məşhur hind çaylarını dadlandırmaq üçün darçın və hil qarışımından istifadə olunur. Südə hil qarışdırıb içdikdə orqanizmdən iltihab səbəbli əmələ gələn seliyin ifrazı sürətlənir.
100 qram hildə olan qida dəyəri:
- Zülallar - 10,7 qr
- Yağlar - 6,8 qr
- Karbohidratlar - 40,5 qr
- Su - 8,28 qr
- Kalori - 311 kKal.
Hilin kimyəvi tərkibi B2, B5, B9, C, A, E, PP və K vitaminləri, faydalı minerallarla(kalsium, kalium, maqnium, selen, sink, fosfor, dəmir, natrium və s.)zəngindir.
Hil sinir sistemi üçün çox faydalıdır. O orqanizmdə depressiya və yorğunluğun aradan qalxmasına səbəb olur. Nil beyni aydınlaşdırır və aktivləşdirir, zehnə yüngüllük bəxş edir. Sinir sistemini möhkəmləndirmək üçün gün ərzində 4-5 hil toxumunu 1 çay qaşığı bala qatıb içmək lazımdır. Bu görmənin də yaxşılaşmasına səbəb olur. Qara hildən soyuqlama və qripp zamanı istifadə etməkdə fayda var. O mikrobların məhv olmasına səbəb olur. Faringit zamanı hil və darçın qaynadılmış su ilə boğazı yaxalamaq xəstəlik əlamətlərinin azalmasına səbəb olur. Bu qarışım xorultunun və burundə quruluğun azalmasına səbəb olur.
Hilin meyvələrlə qarışımından hazırlanmış qida bəlğəmin, xorultunun azalmasına səbəb olur. Bunun üçün hil və armuddan dəmlənmiş çaya bal əlavə edib içmək lazımdır. Hil həzm sistemini yaxşılaşdırır, mədə-bağırsaq sistemini toksinlərdən və şlaklardan xilas edir. Orqanizmin şlaklardan təmizlənməsi üçün 200 qram qaynar suya 1 çay qaşığı üyüdülmüş hili dəmləyib içmək lazımdır.
Hil ishalla əlaqədar olan problemlərin aradan qalxmasına səbəb olur. İshal və diareya zamanı uşaqlara hil vermək əlamətlərin aradan qalxmasına səbəb olur. Bu məqsədlə hil və əvəlik dəmləməsindən istifadə olunur. İshal və diareya zamanı 200 qram qaynar suya yarım çay qaşığı hil və əvəliyti qarışdırıb dəmləmək lazımdır. Miqren və sinir krizləri zamanı hildən dəmlənmiş çayı içmək orqanizmi rahatladır. Hil qaşınmanın aradan qalxmasına, ürək əzələsinin möhkəmlənməsinə, impotensiyanın aradan qalxmasına səbəb olur. Aromateropiya və kosmetalogiya sahəsində hilin yağından istifadə edilir. Onun evkalipt yağının ətrinə bənzər iyi var. Onun yağı orqanizmə antiseptik təsir bağışlayır. O dəri səpgilərinin aradan qalxmasına səbəb olur. Hil yağı dərinin qan dövranını yaxşılaşdırır, dəridə olan iltihabi səpgilərin sağalmasını sürətləndirir. Hil yağını digər faydalı bitki yağları ilə qarışdırıb dəriyə sürtdükdə daha çox faydalı olur. Bu zaman yağların qarışımı dərinin alt qatlartına da öz təsirini göstərə bilir.
Hil yağı dərinin qidalandırır, parıldadır. O dərinin qan dövranını stimulyasiya etməklə yanaşı xırda qırışların açılmasına səbəb olur, dərini tonuslandırır. Bunun üçün eyni miqdarda hil, badam və avokado yağılnı qarışdırıb üzün dərisini silmək lazımdır. Qarışımı 15-20 dəqiqə saxladıqdan sonra isə isti su ilə yuduqda dəridə olan dəyişikliyi ilk dəfədən görmək mümkün olur. Qarışım dərini sığallı edir, parıldadır və qidalandırır. Hil yağından antisellüid skrab hazırlanır. Bunun üçün 50 qram zeytun yağı, 2 xörək qaşığı dəniz duzu və 10 damcı hil yağı qarışdırılaraq üzə və boğaz nahiyəyə sürtülür və massaj edilir. 10 dəqiqə sonra skrab sürtülən nahiyə isti su ilə yuyulur və qurudulur.
10 damcı hil yağı və 10 damçı çayağacı yağının qarışımı dəridəki qocalma əlamətlərinin, qırışların, sallanmaların, quruluğun aradan qalxmasına səbəb olur. Bunun üçün qarışımı davamlı olaraq istifadə eləmək lazımdır. Dərinizi gözəlləşməsi üçün istifadə etdiyiniz kremə bir neçə damcı hil yağı əlavə etməkdə fayda var.
Hilin zərərli xüsusiyyətləri
Mədə yarası əlamətlərinin kəskinləşdiyi zaman çoxlu miqdarda hil istifadə eləmək olmaz. Hamilə qadınlara hildən çox istifadə eləmək məsləhət görülmür. Bu xoşagəlməz əlamətlərin meydana çıxmasına səbəb ola bilir.

Fikirler (0)
Fikir Yaz
Oxsar Xeberler: