"Ey inanıb güvənənlər! Oruc sizdən əvvəlkilərə yazıldığı (vacib edildiyi) kimi sizə də yazıldı (vacib oldu) ki, özünüzü qoruyasınız." (Bəqərə 2/183)
(Orucu) Sayılı günlərdə (tutun). Sizlərdən kim xəstə və ya səfərdə (yolçu) olsa, tutmadığı günlər sayı qədər digər günlərdə tutsun. Oruca taqəti çatanların (orucu tuta bilənlər) bir miskini doyuzduracaq qədər fidyə (fitrə) vermə vəzifələri var. Kim yaxşılığı artıqlamasıyla etsə onun üçün daha xeyirli olar. Bilsəniz ki, (xəstə və səfərdə olanda) oruc tutmağınız sizin üçün daha xeyirlidir. (Bəqərə 2/184)
(Sayılı günlər) İnsanlığa rəhbər olan və rəhbərin izah edən ayətlərindən ibarət olan Quranın , o Furqanın endirildiyi Ramazan ayıdır. Sizlərdən kim o ayı yaşasa, onu oruçlu keçirsin. Kim də xəstə və yaxud yolçuluq halında olsa, o günlərin sayısı qədər digər günlərdə oruç tutsun . Allah sizin üçün asanlıq istəyir çətinlik istəmir. Bunlar sayını tamamlamağınız, (Orucun qurtardığı gün) sizi buna yönləndirməyinə qarşılıq (Bayram namazında) Allahı təkbirlərlə səsləməyiniz və Ona qarşı vəzifələrinizi yerinə yetirməyiniz üçündür. (Bəqərə 2/185)
Qullarım/Bəndələrim sənə məni soruşsalar, mən onlara yaxınam. Mənə dua edənin duasına qarşılıq verərəm. Onlarda mənim çağırışıma cavab versinlər və mənə etibar etsinlər ki, yetişsinlər. (Bəqərə 2/186)
Oruc gecələrində arvadlarınızla yaxınlıq etməyiniz sizə halal edildi. Onlar sizin üçün bir libas/paltar, sizdə onlar üçün bir libassınız/paltarsınız. Allah özünüzə xəyanət etdiyinizi bildi (ona görə ) də üzünüzə baxdı və sizi əfv etdi. Fəcrdən / şərq üfüqü boyunca əmələ gələn bölünmədən ötrü, ağ xətt qara xətdən sizə görə tam olaraq seçilənə qədər yeyin, için; sonra orucu gecəyə qədər tamamlayın. Məscidlərdə etikaf halında olan zaman qadınlarınız ilə birləşməyin/yaxınlıq etməyin. Bunlar Allahın qoyduğu hüdudlardır bunlara yaxınlaşmayın. Allah ayətlərini insanlara belə açıqlayır ki, özlərini yanlışlardan qorusunlar. (Bəqərə 2/187)
Qısaca ayələrə nəzər saldıqda oruc ibadəti aşağıdakı kimi;
1.Bizdən əvvəlki ümmətlərdə də olub.
2.Oruc sayılı günlərdədir.
3.Xəstə və ya Səfərdə/yolcu olanlar xaric heç kim orucu tutmamazlıq edə bilməz. Hətta xəstə və səfərdə/yolda olanların oruc tutmaqları daha xeyirlidir. Yəni tuta da bilər tutmayıb sonra günə-gün tuta bilər. Diqqətinizə çatdırım ki, qadınların xüsusi halları oruca maneə deyil və orucu tutmalıdırlar. Ancaq xüsusi olan gündə özünü xəstə hiss etsə xəstə olduğu üçün yalnız tutmaya bilər.
4.Orucu tuta bilənlər Ramazan Bayramında fitrə verməlidir. Xəstə və ya səfərdə/yolda olduğuna görə bəzi günlər oruc tuta bilməyənlərdə bunu etməlidir. Xalq arasında yaşlı yada xroniki (daimi) xəstəliyi olanlar günə-gün fidyə verilməlidir deyilir ki, bunun əsası yoxdur. Yəni belə insanlar oruç tutmurlar deyə nə isə verməli deyil.
5.Ramazan fitrəsinin miqdarı hədislərdə 1 sa (3920= 4 kg) Xurma ya da Arpa və yaxud bu dəyərdə pul vermək. Kimin ürəyindən daha çox vermək gəlirsə bu onun üçün xeyirli olar amma əsas olanı versə Allahın əmrini yerinə yetirmiş olar (Ənam surəsi 160 ayəsində Allah edilən 1 yaxşılığa 10 qat əvəzini verir).
6.Ramazanda Quran nazil edilməyə başlayıb ona görə də bu ay müqəddəs sayılır. Ayrıca Ramazan ayında Qədr surəsinə də nəzər yetirsəniz bir illik müəyyən hadisələr yazılır. Ona görədə bu ayda anlayraq və həyatımızda tətbiq etmək üçün Quran oxumaq dua etmək (Allahdan haqqımızda xeyirli şeylər istəmək vacibir).
7.Ramazan ayından imsaqdan-iftara qədər yemək, içmək və cinsi münasibət qadağandır. Digər ümmətlərdən fərqli olaraq Ümməti Məhəmməd (ə.s) bizlərə ramazan ayının gecələri cinsi münasibət halal edilib. Yəni sadəcə oruc vaxtında yemək, içmək və cinsi münasibət qadağandır/haramdır.
8.Sonda Ramazan bayramı günü oruc tutmaq haramdır. Bayramda kişili, qadınlı, böyüklü kiçikli hər kəs bayram namazına məscidə gedib namaz qılıb bayram etməsi daha gözəldir.
Ümumilikdə Ramazan ayında normalda halal olan yemək, içmək və cinsi münasibət günün müəyyən vaxtı qadağandır. Amma unutmayaq ki, digər əməllər var ki, namaz qılmaq, Quran oxumaq anlayaraq və günahlardan uzaq durmaq bu ayda da lazımdır. Onu qeyd edim ki, bu ayda ilin bütün günü haram olan şeylərə 2 qat diqqət etməliyik. Bu ayda əldə etdiyimiz təlim tərbiyəni gələn Ramazan ayına qədər eyni gözəllikdə davam etdirməliyim. Çünki hədislərdən də məlum olan bəzi insanlar kimi ac, susuz qalmaqla Orucumuzu hədər etməyək. Çünki Allahın heç kimin ac qalmağına ehtiyacı yoxdur. Ona görədə Ramazandan başlayaraq mədəmizlə bir yerdə gözümüzə, dilimizə, ibadətlərimizə və bütün əməllərimizə sahib çıxaq. Unutmayaq hər kəsin əldə etdiyi günahı da savabı da özünə aiddir. Sonunda Allahın hüzuruna çıxacayıq. Allah hüzüruna üzüağ çıxmağı lütf etsin.