Qeydiyyat

Ehtiras onu milyarderə çevirdi Sekilleri

2 671
Ehtiras onu milyarderə çevirdi Sekilleri


Ehtiras onu milyarderə çevirdi Sekilleri




Yüksək moda dəyişkən və qarşısıalınmazdır. Amma elə brendlər var ki, onların məhsullarını on illər sonra da işlətmək mümkün olur. Üstəlik, firmanın ölməz üslubu əhəmiyyət və aktuallığını da itirmir. “Max Mara” da belə brendlərdəndir. İtalyan moda evinin ilk kolleksiyasının nümayişindən 60 il keçməsinə baxmayaraq, “Max Mara” dünyanın hər yerində zərif, müasir və özünə əmin qadınların ünvanı kimi tanınır.



“Publika.az”-ın “Brendlərin tarixi” layihəsinin bu sayında “Max Mara” moda evinə səyahət etmişik.



Onun paltar marağı hardandır?



Hüquq təhsilli Axillenin dəb sənayesinə marağı ailəsindən qaynaqlanır. Belə ki, onun həm anası, həm də nənəsi dərzi olub. Özünün sözlərinə görə, müəllimə işləyən anasının tikiş qabiliyyəti olduğundan o eyni zamanda atelyedə dərzilik edib: "Mənim ulu babam fermer olub. O dövrlərdə nahar zamanı stol arxasında yalnız kişilər oturardular. Qadınların yeri isə mətbəxdə idi. Bununla belə, matriarxat cəmiyyət öz əhəmiyyətini itirməmişdi. Atam ədəbiyyatçı idi, anam isə yüksək səviyyəli modelyer kimi tanınmasa da, çox ziyalı və yaradıcı bir insan olub".



Maramottinin dərzi nənəsinin isə XIX əsrin ortalarında geyim mağazası da olub. Qeyd edək ki, Axille 1980-ci ildə şişman qadınlar üçün yaratdığı geyim xəttini də məhz onun şərəfinə adlandırıb.



Nəhənglər cərgəsinə bir qarajdan qoşulur



Beləliklə, Parma Universitetində hüquq təhsili alan Maramottini dəb sənayesi daim cəlb edib. Arzularını heç cür boğa bilmədiyini başa düşəndən sonra təcrübə toplamaq üçün bir müddət üst geyimləri istehsalı ilə məşğul olan İsveçrə firmasında çalışıb. Dəb sənayesinə sevgisi gündən-günə artan Maramotti 1951-ci ildə şəxsi biznesini açıb.



Maramotti çox gözəl başa düşürdü ki, nəhəng moda evləri cərgəsinə qoşulmaq asan məsələ deyil. Öz biznesinə faktiki olaraq qarajda başlayıb. Ancaq şəxsi brendini yaratmaq fikri onu rahat buraxmayıb. Əksinə, işləri qaydasına düşdükcə Axille Maramotti biznesin daha da genişləndirilməsi məsələləri üzərində baş sındırıb.



Romalı kuturyelərin bazarını bağlayır



Onun iş adamı kimi fəaliyyətini təhlil edəndə görürük ki, Axille Maramotti iş adamı kimi dərin zəkaya malik olub. Məsələn, o, uzun müddət hazır geyim və aksessuar bazarının inkişaf perspektivləri barəsində düşünüb. Çünki o illərdə italiyalı qadınlar paltarlarını dərzilərə tikdirirdilər. Varlı təbəqədən olan qadınlar isə romalı kuturyelərin yanına gedirdilər. Axille qadınların işini asanlaşdırmaq və biznesini genişləndirmək üçün bazara hazır geyim gətirməyə nail olub. Özü də münasib qiymətlərlə. Standart ölçülü geyimlərin kütləvi satışında qoyulan fantastik deyil, real qiymətlər onun bazarda mövqeyini daha da gücləndirib. Belə ki, uğurlu bazar siyasəti ilə romalı kuturyelərə üz tutan varlı qadınlarıla yanaşı, orta təbəqəni də özünə cəlb edib.



Maramotti müştərini cəlb etmək üçün yerli tacirləri parça mağazalarında xüsusi vitrinlərin qoyulmasına razı salmışdı. Əlbəttə ki, parça mağazasında hazır geyimlərin olması alıcının parçaya olan marağını azaldır, beləliklə də hazır paltar tələbatı durmadan artırdı. Maraqlıdır ki, tacirlər Axillenin bu hiyləsini dərhal anlamadıqlarından uzun müddət özləri də bilmədən Axillenin dəyirmanına su tökmüşdülər.



Axille dəb trendlərindən birmənalı olaraq imtina etdiyindən onun geyimləri köhnəlmir, ən azı bir neçə mövsüm ardıcıl olaraq gündəmdə qalırdı.



Maramottinin uğurları onun səthi interpretasiyasına əsaslanırdı. Təsadüfi deyil ki, belə xüsusiyyətlərinə görə dəb sənayesində indi də Axille başqalarından fərqləndirilir və gənclərə örnək göstərilir.



Uğurlu ad, uğurlu konsepsiya



Axillenin ilk mağazası 50-ci illərin ortalarında doğulduğu şəhərcikdə - Reco-Emiliyada açılıb. Birinci kolleksiya iki geyim: palto və tvid kostyumlardan ibarət olub. Yeri gəlmişkən qeyd edək ki, ilk kolleksiyasını məşhur fransız kuturyeləri hazırlamışdı. Paris dizaynı və keyfiyyəti italyan brendinə gözəl nəticələr əldə etmək imkanı verirdi.



Bundan əlavə, onun üçün istənilən dildə eyni dərəcədə yaxşı səslənən ad tapmaq lazım idi. Çünki Maramotti İtaliya ilə kifayətlənmək fikrində deyildi.



Xatırladaq ki, marka onun banisi Axille Maramottinin şərəfinə adlandırılıb və ona beynəlxalq əhəmiyyətli “maks” prefiksi birləşdirilib. Yeri gəlmişkən, artırılan bu söz şirkətin beynəlxalq səviyyədə tanınmasında böyük rol oynayıb.



1969-cu ildə Maramotti avanqard ruhda yeni geyim xəttini buraxıb. “Sportmax” adlanan həmin geyim xətti artan tələbatı ödəmək üçün xüsusi olaraq gənc auditoriyaya hesablanmışdı. Bu xətt markanın məhsullarının yaş kateqoriyası üzrə təbəqələşməsi yolunda atılan ilk addım idi.



Zaman keçdikcə moda evi geyim xətlərini genişləndirib. Hazırda moda evinin “Max Mara STUDIO”, “Sportmax”, “Sportmax Code”, “Pianoforte”, “Accessoriess”, “Max Mara Occhiali” və başqa bir neçə geyim xətti fəaliyyət göstərir.



Maramotti sadə, klassik, keyfiyyətli paltarlar hazırlamağın tərəfdarı olub. Onun üçün moda şıltaqlığı çox az əhəmiyyət daşıyıb. Hətta 80-ci illərdə hökm sürən radikal dəb dəyişikliklərinə biganə qalıb. Ümumiyyətlə, marka bütün dövrlərdə öz konsepsiyasına sadiqliyi ilə fərqlənib.



Və zaman göstərdi ki, o, haqlı olub. Çünki bu gün “Max Mara” beynəlxalq tələblərə tam cavab verən ən iri geyim istehsalçılarından biridir. Onlarda hələ də məmulatın keyfiyyəti ilə məhsulun optimal qiyməti uzlaşdırılır. Məhz bu, şirkətin uğurunun əsaslarından biridir.



Əfsanəvi dizaynerlərlə gizli əməkdaşlıq



“Max Mara” öz kolleksiyalarının yaradılmasında sadə üsullardan istifadə edib. Məsələ ondadır ki, moda evi uğur formulunu tanınmış modelyerlərlə əməkdaşlıq etməkdə görüb. Axille Maramotti dəb ustalarının yüksək nüfuzuna əsaslansa da, biznesinin bir dizaynerdən asılı olmasını istəməyib. Məsələn, müxtəlif dövrlərdə Karl Legerfeld, Anna Mariya Baretta, Dolçe və Qabbana, Lumiao Soprani, Qay Pauilin, eləcə də Şan Jarl de Kastelbajak kimi əfsanəvi dizaynerlər “Max Mara” üçün kolleksiyalar hazırlayıblar. 50-60-cı illərdə şirkət şan-şöhrətini qorumaq üçün əməkdaşlıq etdiyi dizaynerlərin adını gizli saxlayıb, lakin sonradan onların adı mətbuata açıqlanıb.



Klassik palto dəbi



“Max Mara” daha çox öz paltoları ilə məşhurdur. Bu paltolar o qədər keyfiyyətlidir ki, onlar onilliklərlə geyinilə bilər. Açıq-qəhvəyi palto 1981-ci ildə dizayner Anna Mariya Beretta tərəfindən yaradılıb və bu günə qədər də ən yaxşı satılan məhsullar siyahısındadır. Universal uzunluğu, birbaşa silueti və yığcam modeli ilə istənilən bədən quruluşlu qadın üçün uyğundur. Həmçinin qeyd etmək lazımdır ki, palto zahirən elə görünür ki, sanki tikişsizdir, biçimi kimonoya bənzəyir. Kəşmir və ya dəvə yunundan hazırlananan bu model satışa çıxdığı andan bu günədək bütün modapərəstlərin qarderobunu bəzəyib. 101801 saylı modelin daha bir üstünlüyü universallığıdır. Paltonu nə ilə desəniz, geyinmək olar. Çünki bu palto müxtəlif üslublarla asanlıqla uzlaşır.



Bu üstünlükləri paltonu əlçatan sənət əsərinə çevirib. Üstəlik, palto sizin obrazınıza yığcamlıq və düşünülmüş görkəm verərək onu tamamlayacaq.



Minimalist gəlinlik dəbi



“Max Mara” minimalist gəlinlikləri də ən az paltoları qədər tanınır. Gəlinlik kolleksiyalarında “Max Mara” moda evinin direktorları Luici, İqnasio və Mariya Maramottilər həmişə öz ailə ənənələrinə sadiq qalırlar. Burada digər dizaynerlərə xas olan təmtəraqlı "şahzadə geyimləri" yoxdur, tül və krujevadan da çox az istifadə olunur. “Max Mara” gəlinlik geyimlərinin əsasını klassik siluetlər təşkil edir. Onları romantik və zərif edən ətəkdəki qatlar, çiçək rəsmləri və xəzdir.



“Max Mara” ailə biznesidir



1989-cu ildə Axille Maramotti biznesinin idarəetməsini uşaqlarına tapşıraraq bank fəaliyyətini davam etdirib. Hazırda onun işini iki oğlu: Luici və İqnasio Maramotti, eləcə də qızı Mariya Maramotti davam etdirir.



Qeyd edək ki, 2001-ci ildə “Forbes”-in reytinqinə görə, Axille Maramotti 2.1 milyard dollar sərvəti ilə dünya milyarderləri siyahısında 13-cü yerdə qərarlaşıb.



Dəb ehtirasının milyarderə çevirdiyi Axille Maramotti 2005-ci il yanvarın 12-də İtaliyada öz evində 78 yaşında vəfat edib.



Şirkətin indiki direktoru Luicinin sözlərinə görə, moda evi öz müştərilərinin mövqeyinə böyük əhəmiyyət verir. O bildirib ki, “Max Mara”-nın müştəriləri dəbli geyinirlər, lakin onlara tabe olmurlar: “Strategiyamız belədir. Biz bundan sonra da heç nəyi dəyişmək fikrində deyilik". Luici deyir ki, geyim qadınların ehtiyaclarını ödəməlidir. Bu baxımdan “Max Mara”-dan geyinən ziyalı xanımlar xüsusi intellektə malikdir.



Qeyd edək ki, bu gün 5000-ə yaxın əməkdaşı olan şirkətin bütün dünya üzrə 2200-dən çox mağazası fəaliyyət göstərir, satışı isə hər il təxminən milyard dollar təşkil edir.










Ehtiras onu milyarderə çevirdi Sekilleri
Ehtiras onu milyarderə çevirdi Sekilleri
Ehtiras onu milyarderə çevirdi Sekilleri
Ehtiras onu milyarderə çevirdi Sekilleri
Ehtiras onu milyarderə çevirdi Sekilleri
Ehtiras onu milyarderə çevirdi Sekilleri
Ehtiras onu milyarderə çevirdi Sekilleri
Ehtiras onu milyarderə çevirdi Sekilleri
Ehtiras onu milyarderə çevirdi Sekilleri
Ehtiras onu milyarderə çevirdi Sekilleri
Ehtiras onu milyarderə çevirdi Sekilleri
Ehtiras onu milyarderə çevirdi Sekilleri
Ehtiras onu milyarderə çevirdi Sekilleri
Ehtiras onu milyarderə çevirdi Sekilleri
Ehtiras onu milyarderə çevirdi Sekilleri
Ehtiras onu milyarderə çevirdi Sekilleri
Ehtiras onu milyarderə çevirdi Sekilleri


Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: