Qeydiyyat

Günün qoroskopu: Az sonra uğur əldə edəcəksiniz, (12.04.2022 Gundelik Burcler)

521


Günün qoroskopu: Az sonra uğur əldə edəcəksiniz (Gundelik Burcler)



Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - gün ərzində yaşanacaq hadisələri dürüst qiymətləndirin. Bədbin olmayın, hər şeyin pis olduğunu düşünməyin. Nəticələr çıxarmağa tələsməyin. Yaranmış situasiyanı sakit, təmkinlə təhlil edin. Durumda mütləq şəkildə xoş yönlər var.

Mühüm sənədlərin imzalanması, bahalı əşyaların alınması və ya satılması üçün əlverişli gün deyil.

Günün ikinci yarısında ünsiyyət çətinləşəcək. Yaxın ətrafınızdakı insanlar sizi fikrini tez-tez dəyişən insan sayacaqlar. Qərar və əməllərinizdə ardıcıl olun.

Yaxşı tanımadığınız insanlarla təmaslardan imtina edin.


Buğa - bütün diqqəti işə yönəldin. Peşəkar fəaliyyət müstəvisində uğurlar, karyerada irəliləyişlər istisna deyil. Müttəfiq və ya tərəfdaş tapmaqla bağlı çətinliklər yaranmayacaq. Onlar ideyalarınızı bölüşür, qazancla çox maraqlanmırlar.

Hüquqi məsələlərin həlli, mühüm sənədlərin imzalanması üçün əlverişli zamandır.

Günün ikinci yarısında yaxınlarınızdan biri ilə münasibətlərdə gərginlik yaranacaq. Əhvalınız sürətlə dəyişəcək. Yaxın ətrafınızdakı insanlar bütün bunların səbəblərini anlamırlar. Qəfil təklif ala bilərsiniz. Uzun-uzadı düşünmədən razılaşın.

Əkizlər - lazım olandan artıq danışmayın. Sirrlərinizi bölüşməyin, planlarınızı paylaşmayın. Ətrafınızdakı insanların eşitmək istədikləri barədə susun.

Aqressiv, qıcıqlı olmayın. Sizə dəyər verən insanların xətrinə dəyməyin. Yaşlı qohumlarla fikir ayrılıqları ola bilər. Onlar həyata baxışlarınızı anlamırlar.

Bu gün başlanacaq romantik münasibətin perspektivi var.

Axşam saatlarını ailənizlə keçirin.


Xərçəng - işgüzar aktivlik səviyyəsini artırın, fəal olun. Peşəkar fəaliyyət müstəvisində irəliləmək istəyirsinizsə, süst və ətalətli davranmayın. İşlərinizi başqası görməyəcək - buna güvənməyin. Ehtimal azdır.

İşgüzar tərəfdaşlarla münaqişəyə səbəb olacaq hesablama səhvləri etməyin. Ümid etdiyiniz məbləğdə gəlir olmayacaq.

Günün ikinci yarısında çətinliklərə rəğmən bədbinliyə qapılmayın. Ruh yüksəkliyi ilə çalışın. Axşam saatlarında nikbinlik sizi daha cazibədar edəcək.

Şir - böyük və önəmli işə, genişmiqyaslı layihəyə başlamaq üçün düşərli zamandır. Tələskənlik etməyin, qərar qəbul etməzdən əvvəl yaxşı düşünüb-danışın. Bundan başqa, bəzi məsələlərdə bilərəkdən astagəl davranın, vaxtı uzadın. Belə olarsa, yaranmış problemləri daha effektiv həll edə bilərsiniz.

Günün ikinci yarısı problemləri qeyri-standart həll etməyə meylli insanlarla danışıqlar üçün yaxşıdır. Onlarla müzakirələr imkanlarınızı artıra bilər.

Axşam saatlarında əsəbləriniz tarıma çəkilə bilər. Təmaslarda diqqətli olun. Sizdə antipatiya yaradan insanlardan uzaq durun.

Qız - işlər və situasiya pis deyil. Bədgüman olmayın. Rutin işlərlə məşğul olun, özünüzə süni şəkildə yeni problemlər yaratmayın.

İşdə həmkarlar və rəhbərliklə dərin ixtilaflar yaratmayın. Evdə münasibətlərin gərilməsi yaşanarsa, günahkar siz olacaqsınız. Sadəcə, qarşı tərəfi dinləməyi bacarın. İnanın ki, o adamın sözlərində maraqlı və faydalı məqamlar az deyil.

Günün ikinci yarısında məqsədə çatmaq üçün iradəli və qətiyyətli olun. Hədəfi nəzərdən qaçırmayın. Karyera və peşəkar fəaliyyət müstəvilərində əhəmiyyətli irəliləyişə nail ola bilərsiniz. Yaradıcı yanaşma tələb edən işlərdə astagəllik etməyin. Vaxtınızı boş işlərə xərcləməyin.

Tərəzi - kiçik problemlər, anlaşılmazlıqlar ola bilər. Sonradan peşman olacağınız səhvlərə yol verməyin, yanlışlıqların əsiri olmayın. Problemlərin ümumi cəhəti var: onlar zahirən göründükləri təki ağır, müşkül deyillər. İxtilaflarla fikir ayrılıqlarını ürəyinizə salmayın. Yanınızdakı insanlar haqlı olduğunuzu az sonra dərk edəcəklər.

Günün ikinci yarısında işlər gözləndiyindən artıq olacaq. Müəyyən planlardan imtina edərək bir qədər çox çalışmalı olacaqsınız. Yaxşı tanımadığınız insanlarla çox səmimi olmayın. Onlar sizdən eşitdiklərindən öz maraqları üçün yararlanmağa can atırlar.

Axşam saatlarında aktiv istirahət pis olmaz.

Əqrəb - fenomenal uğurlar vəd etməsə də, pis gün deyil. Uzun müddətdən bəri görmədiyiniz insanlardan biri ilə görüşə bilərsiniz. Ayrılıqdan sonra danışıqlarda ortaq məxrəcə gəlmək və dil tapmaq şansları az deyil.

Maliyyə fonu uğurludur. Gəlir əldə edə bilərsiniz.

Günün ikinci yarısında sevdiyiniz insan, onunla münasibətlərlə bağlı xoş olayla qarşılaşacaqsınız. Gələcəklə bağlı planlar qurmaq, yaşamda dəyişikliklərə başlamaq olar.

Köç, yaşam və fəaliyyət arealının yenilənməsi barədə düşünmək olar. Yaşam potensialının səviyyəsi yüksək olacaq.

Oxatan - ciddi problemlər və xoşagəlməz olaylar vəd edən gündür. Təmaslarda, əlaqələrdə diqqətli olun. Etibara layiq olmayan insanlara inanmağınız başınıza iş aça bilər.

İşdə rəhbərliklə fikir ayrılıqları istisna deyil. İşgüzar tərəfdaşlarla münasibətlərdə sərinləşmə yarana bilər. Ruhdan düşməyin, bədbinləşməyin. Az sonra uğur əldə edəcəksiniz.

Günün ikinci yarısında məşğul olduğunuz işin formasına diqqət yetirin. Detalları nəzərdən qaçırmayın, səliqəli olun. Qərarlarınızda soyuqqanlı olun. Aldığınız işgüzar təklifləri dəyərləndirməyə tələsməyin. Əslində onlar ilk baxışdan göründükləri təki maraqlı və yaxşı deyillər.

Axşam saatlarında aktiv istirahəti seçin.

Oğlaq - sayıq, sərvaxt olun. Mühüm, maraqlı, önəmli hadisələr baş verə bilər. Yaşanan olayların detallarını nəzərdən qaçırmayın. Gördüklərinizi təhlil edin. Faktları dürüst müqayisə etsəniz, rəqiblərinizi çox geridə qoymağınıza imkan verəcək qərar qəbul edə bilərsiniz.

Günün ikinci yarısında səhv etmək çox asandır. Şəxsi münasibətlərdə ciddi problemlər yarana bilər. Dəyər verdiyiniz əlaqələr pozula bilər. Maliyyə fonu stabilliyi ilə fərqlənmir. Tələsik qərarlar verməyin.

Dolça - ağır və mürəkkəb problemlərin həlli üçün münasib zamandır. Diqqətli və ciddi olun. Qərarlarınız təmkinli, addımlarınız düşünülmüş olmalıdır. Ətrafınızdakı insanların bacarmadıqları işlərin öhdəsindən gələ bilərsiniz.Yeni tanışlarınıza etibar etməyə tələsməyin. Onların əksəriyyəti sizi yarı yolda qoya bilər. Vədlərə inanmayın.

Günün ikinci yarısında təşəbbüskar olun. İdeyalarınızı səsləndirməkdən çəkinməyin. Uzaqdan gəlmiş insanlarla axşam saatlarına yaxın görüşə bilərsiniz

Səfər, səyahət, yaşam arealının dəyişdirilməsi üçün əlverişli zamandır. İmiclə eksperimentlər aparmaq olar.

Balıqlar - mürəkkəb və yorucu gün ola bilər. Günün ilk yarısında prioritetləri dəqiq müəyyənləşdirə bilsəniz, bir çox problemlərin yaranmasının qarşısını ala bilərsiniz. İşgüzar aktivliyinizi artırın. Planları köklü şəkildə dəyişməyə dəyməz. Peşəkar fəaliyyət müstəvisində duran məsələlər təcili həllini tələb edir.

Xərclər istisna deyil. Nəyin bahasına olursa-olsun, hansısa əşyanı almağa can atmayın.

Günün ikinci yarısında sevdiyiniz insanla fikir ayrılıqları, şəxsi münasibətlərdə problemlər yaranacaq. Dəyər verdiyiniz insanlarla dil tapın. Dəvət aldığınız bütün tədbirlərə qatılmayın.

Bolme: Burcler
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: