Qeydiyyat

Gündəlik Bürclər 10.04.2022 - (10 Aprel 2022 Günlük Bürclər)

523


Gündəlik Bürclər 10.04.2022 - (10 Aprel 2022 Günlük Bürclər)


Günün qoroskopu: Peşəkarlıq, təcrübə və biliklərə "stavka" edin


dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - mühüm məlumatlar, dəyərli informasiya əldə edə bilərsiniz. Peşəkar fəaliyyət müstəvisində əhəmiyyətli dəyişikliklər ola bilər. Baş verənlər ilk əvvəl sizi nigaran və narahat edə bilər. Lakin bir qədər sonra anlayacaqsınız ki, irəliləyişdəsiniz.

Əvvəlcədən hazırlanmış planların çərçivəsindən kənara çıxın. İmprovizə etməyi unutmayın.

Günün ikinci yarısı bilik, bacarıq və təcrübənin artırılması üçün əlverişlidir. Yaddaşınız sizi aldatmayacaq. İlk baxışdan heç bir əlaqəsi olmayan faktları bir yerə toplayaraq bitkin mənzərəyə nail olun.

Gəlirlər istisna deyil.


Buğa - sakit, olayların aramla cərəyan etdiyi bir gündür. İradəli və qətiyyətli olun. Məqsədə doğru istədiyiniz sürətlə irəliləyə bilməyəcəksiniz. Səbrli, təmkinli olun. Yeni tərəfdaşlarla münasibətləri nizamlayın, əlaqələri qaydaya salın. Onların arasında əməkdaşlıq etməyi arzuladığınız insanlar da ola bilər.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlər harmonik olsun. Ailədə qarşılıqlı anlaşma olmalıdır. Yeni tanışların hörmətini qazanmağa çalışın. Yanınızdakı insanlar, hətta yaşlı qohumlar da məsləhətlərinizə qulaq asacaqlar.


Əkizlər - yeni işə və genişmiqyaslı layihəyə başlamaq üçün əlverişli gün deyil. Cari, rutin işlərlə kifayətlənin. Ünsiyyətdə problemlər yarana bilər. Yaxın ətrafınızdakı insanlara yardım üçün müraciət etsəniz də, istəyiniz yerinə yetirilməyəcək. İşlərinizin asılı olduğu insanlardan biri ilə ciddi münaqişə yarana bilər.

Günün ikinci yarısında ifrat dəqiqlik tələb etməyən sadə, anlaşılan işlərlə məşğul olun. Aza qane olun. Risk etməyin, bəxtə bel bağlamayın. Sükan arxasında çox vaxt keçirməyin.


Xərçəng - çətin, qarışıq gündür. İşlərin əksəriyyəti istədiyiniz kimi alınmır. Yaşananlara görə özünüzdən savayı kimsəni suçlamayın. Başqalarının münaqişəsinə qatılmayın, mübahisələrdə iştirak etməyin. Südməramlı missiyanız uğursuzluğa düçar olacaq.

Bir zamanlar sizə yardım etmiş insanlar indi sizinlə manipulyasiya etməyə çalışır, qurban tələb edirlər. Möhkəm, qətiyyətli olun. Maraqlarınızı qorumaq üçün imkanlarınız olacaq.

Günün ikinci yarısında mənfi təmayüllərin təsiri artacaq. Bura rəğmən işlərinizdə aktiv olun, yaxınlarınıza yardım edin. Əsas məsələ dəyişən situasiyaya sürətlə uyğunlaşmaqdır. Ətrafınızdakı insanlardan mümkünsüzü tələb etməyin.

Başqalarının zəifliklərinə güzəştlə yanaşın.


Şir - yeni və qeyri-adi ünsürlərlə nəsnələrə maraq artır. Bununla belə, sağlam məntiqi və soyuqqanlı davranışı unutmayın. Təhlükəli, riskli eksperimentlərə qatılmayın. Bu gün bəxtiniz gətirəcək. Rəqiblərlə bədxahların uğursuzluğa düçar olduqları məqamlarda siz irəliləyə bilərsiniz.

Günün ikinci yarısında kommersiya və biznes fəaliyyətində uğur əldə edə bilərsiniz. Gəlirlər istisna deyil. Əmlak məsələlərinin həlli üçün düşərli zamandır. Kompüter və avadanlıq almaq olar.

Axşam saatlarını ailənizə, sevdiyiniz insana həsr edin.


Qız - kiçik və xırda məsələlərə ifrat dərəcədə ciddi yanaşmayın. Ünvanınıza səslənən hər zarafatı həddən ziyadə ciddi qəbul etməyin. Hətta ən kiçik, önəmsiz iradlara ifrat reaksiya verməyin. Belə davranış yaxınlarınız və dəyər verdiyiniz insanlarla təmaslarda problemlər yarada bilər. Yaranacaq mübahisə sonradan ağır, ciddi münaqişəyə çevrilə bilər.

Yanınızdakı insanların istəklərini və hisslərini anlamağa çalışın.

Günün ikinci yarısında maliyyə məsələlərinə xüsusi diqqət yetirin. Borc almaq və borc vermək məsləhət deyil. Alış-verişdə bədxərclik etməyin. Yeni əşyalar və nəsnələr almaqdan çəkinin.

Tərəzi - gün asan və xoş deyil. Lakin günü uğursuz saymaq da olmaz. Mühüm və önəmli saydığınız məsələlərin reallaşması üçün mübarizə aparmalı olacaqsınız. Mübarizə prosesinə aludə olmayın, situasiyaya nəzarəti itirməyin.

Günün ikinci yarısında əhvalınız pozula bilər. Aqressiv, sərt, qıcıqlı olmayın. Kimdənsə intiqam almağa çalışmayın.

Dəyər verdiyiniz insanların rəğbətini qazanmağa çalışın. İnadkar, aqressiv olmayın. Yaşlı qohumlarla ünsiyyət səbr, təmkin, soyuqqanlı davranış tələb edir. Ünvanınıza sərt tənqidlər səslənəcək. Yaşananlara normal yanaşı, təmaslarda adekvat olun.


Əqrəb - işgüzar tərəfdaşlarla ünsiyyət ciddi problemə çevrilə bilər. Sözləriniz yanlış anlaşılacaq. Ortaq məxrəcə gəlmək asan deyil. Təmasları bərpa etmək cəhdi günün ilk yarısında uğursuz sonuclana bilər. Nə qədər çox səy göstərsəniz, müqavimət və mənfi reaksiya bir o qədər güclü olacaq.

Peşəkarlıq, təcrübə və biliklərə "stavka" edin.

Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər yarana bilər. Sizinlə manipulyasiya etməyə çalışır, işlərinizi çətinə salmaq istəyirlər. Situasiya o qədər də təhlükəli və qorxulu deyil. Sadəcə, yaşananlara başqa nöqteyi-nəzərdən baxın.

Yaşam potensialının səviyyəsi aşağıdır. İfrat yorğunluğa imkan verməyin.

Oxatan - gözləntilərinizin əksinə olaraq, çox mürəkkəb, intensiv və hadisələrlə zəngin gündür. Sadə suallar verib sadə cavablar almaq istəyirsiniz. Lakin çoxsaylı, ziddiyyətli, qarışıq məlumatlarla üzləşirsiniz. Yaşananlardan baş çıxarmaq və əldə edilən informasiyanı saf-çürük etmək üçün vaxt tapın. İntuisiyanız sizi aldatmayacaq.

Günün ikinci yarısında dəyər verdiyiniz insanlarla ünsiyyət sizdə xoş duyğular yaradacaq. Bədxahlarla rəqiblərin məkrinə aldanmayın.

Axşam saatlarını ailənizlə keçirsəniz, yaxşıdır.

Oğlaq - incik, dəymədüşər olmayın. Ən kiçik problem sizi ruhdan salmasın. Bədbinliyə qapılmayın. Dostlar sizin könlünüzü almağa, fikrinizi dağıtmağa çalışırlar. Sizdən nə isə gizlədildiyini duyduğunuz üçün narahatsınız. Əslində mühüm, önəmli heç nə baş vermir. Buna görə də sakitləşin, bütün diqqəti cari planların gerçəkləşdirilməsinə yönəldin.

Günün ikinci yarısında romantik hisslərin təsiri artır. Ciddi emosiyalar yaşana bilər.

Qəribə və hətta ekstravaqant addımlar atmaq mümkündür. Yaxın ətrafınızdakı insanlar davranışınıza təəccüblənməyəcəklər.

Dolça - təcrübə və hafizə çətin vəziyyətlərdə dadınıza çatacaq. Bir dəfə yol verdiyiniz səhvləri təkrarlamayın. İşdə rəhbərliklə xoşagəlməz söhbət ola bilər. Nüfuzlu insanla münasibətləri korlamayın. Haqlı olduğunuzu sübut edə bilərsiniz, amma ünsiyyət pozulacaq.

Günün ikinci yarısında öz biznesinizə başlamaqla bağlı düşünə bilərsiniz. Şəxsi problemlərin həlli üçün əlverişli zamandır. Hissləriniz barədə açıq, konkret şəkildə danışın. Həmsöhbətinizin dürüst reaksiyasına bel bağlaya bilərsiniz.

Ailə münasibətlərini möhkəmləndirin.

Balıqlar - cansıxıcı, rutin, yeknəsək işlər çox olacaq. Diqqəti bir yerə cəmləmək asan deyil. İşdə həmkarlar diqqətinizi yayındırırlar. Sərt və qaraqabaq olmayın, yanınızdakı insanlarla aqressiv davranmayın. İstirahətlə əyləncəni ertələyin.

Günün ikinci yarısı qeyri-formal şəraitdə ünsiyyət, dostlarla görüş üçün münasibdir. Dəvət aldığınız tədbirə qatılın.

Axşam saatlarında normal istirahət edin.

Bolme: Burcler
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: