Qeydiyyat

Xarici ölkələrdə bunları qətiyyən etməyin Sekiller

2 902
Xarici ölkələrdə bunları qətiyyən etməyin Sekiller

Başqa ölkələrə səfər edərkən bəziləri qəribə səslənsə də, onların qanunlarına və ənənələrinə hörmət göstərmək lazımdır. Bəs hansı ölkədə nə etmək olar, nə etmək qəti qadağandır?

bu yazıda oxucuları ölkələrin qəribə ənənələri ilə tanış edib.

Hindistan

İctimai yerlərdə öpüşmək olmaz! Küçədə qarşı cinslə hər hansı fiziki yaxınlıq qadağandır.

Yaponiya

Bəxşiş qəbul edilmir. İctimai yerlərdə qucaqlaşmaq da qadağandır.

Meksika

Meksikalılar zarafat etmək üçün heç bir fürsəti əldən vermir, bu səbəbdən vasvasılıq etməyin. Dillərini öyrənmək istəyiniz və ya ənənələrinə uyğunlaşmağınız da onların xoşlarına gəlir.

Yeni Zelandiya

Yeni Zelandiyalılarla reqbi, "Üzüklərin hökmdarı" və Birləşmiş Krallığın kraliçası haqqında zarafat etməyin. Çünki onlar Yeni Zelandiya sakinləri üçün çox ciddi mövzulardır. Ayaqyalın insanlar gördükdə təəccüblənməyin.

Norveç

Kilsəylə bağlı sual verdikdə bunu hörmətsizlik kimi qəbul edirlər. Çünki Norveçdə insanlar adətən kilsəyə getmir. Rəsmiyyət gözləməyin, norveçlilər qeyri-rəsmi danışır və ilk görüşdən bir-birlərinə adları ilə xitab edir.

Birləşmiş Krallıq

İnsanların nə qədər maaş aldığını soruşmaq, çox ayıbdır. Dəvətsiz kiminsə evinə getmək xoş qarşılanmır. Sadəcə, yaxın dostlar dəvət edilir.

İrlandiya

İrlandiya ləhcəsini təqlid etməyin! Çünki irlandiyalılar üçün irland ləhcəsi yoxdur. Sadəcə, ölkənin bölgələrinin ləhcələri var. Pulun yoxdursa, içki içmək üçün barları gəzməyin.

Almaniya

Nasist salamı vermək ciddi cinayətdir. Bunun üçün cəza ala bilərsiniz.

İnsanlara dik-dik baxmayın. Bunu təkcə təhsilsiz və dəli insanlar edir.

Çox mehriban rəftar etməyin. Normalda almanlar üçün yeni insanlara öyrəşmək vaxt alır.

İnsanların doğum gününü əvvəlcədən təbrik etmək xeyrə əlamət sayılmır. Onların inanclarına görə, bu, ölümə səbəb ola bilər.

Keniya

Bu ölkə əhalisinin əksəriyyəti dindardır, siz də xalqın inanclarına hörmətlə yanaşmalısınız. Keniyada heç nəyin nizam-intizamı yoxdur. Buna görə də səbirli olmalısınız.

Qarşı insan sizə adınızla müraciət etməyibsə, siz də ona belə xitab etməyin.

Rusiya

Böyük çiçək buketləri hədiyyə etməyin. Ruslar böyük gül buketlərini adətən xəstələrə və cənazələrə aparırlar. Hədiyyə etdiyiniz buketdə az sayda çiçək olmalıdır.

Malayziya

Barmaqları saçlarının arasında gəzdirməyin. Xüsusən körpələrə sığal çəkməyin. Bu ölkədə baş bədənin ən müqəddəs hissəsi sayıldığı üçün ona toxunmaq xoş qarşılanmır.

Koreya

Kiməsə nə isə vermək istədikdə, xüsusən pul verən zaman iki əlinizlə verməlisiniz. Koreyada iki əldən istifadə etmək hörmət əlamətidir.

Misir

Qadın ilə kişi yolda gəzərkən kişi qadından öndə olmalıdır. Qadının kişidən öndə getməsi hörmətsizlik sayılır.

Bolme: Sekiller
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: