sekiller
Bash Sehife Elaqe Saytin Rss Statistika
Online
sekiller
Son Fikirler
Muellif → . ::XaLiq::.
Xeberde → Şəkillər
Muellif → . ::XaLiq::.
Xeberde → ""Mənim Zövqüm""
Muellif → meribella
Xeberde → Gəlim
Top Fikirler
Saygac
trafban.ru
Top Xeberler
Admin
       Yoxdur
Xəbərləri: 34/1057
 
Reklam
Reklam
sekiller
.
Belə də olur: Gözünüzü onu qoruyandan qoruyun


Gün eynəkləri yenə insanların ən çox istifadə etdiyi aksesuarlardan birinə çevrilir.

Yay mövsümündə küçələrdə Çindən gətirilən ucuz gün eynəklərinin satıldığı satış lövhələri peyda olur və insanlar da bu eynəklərdən almağa böyük həvəs göstərirlər. Ancaq heç kim bu ucuz eynəklərin onların gözləri və ümumi səhhətləri üçün ziyanlı olduğunun fərqində deyil.

Oftalmoloq-cərrah Azər Kərimov imkan daxilində belə ucuz eynəklərdən istifadə etməməyi tövsiyə edir.

A.Kərimov bildirib ki, ucuz qiymətə satılan eynəklərin şüşələrinin materialları orijinal eynəklərdəkindən fərqlidir: "Ucuz qiymətə satılan gün eynəklərinin optik şüşələri tam orqanik olmur, hansısa plastik materiallardan hazırlanır. Həmin eynəklərin şüşələrində xüsusi örtüklər və qatlar olmur və bunlar olmadığına görə həmin eynəklər orijinal eynəklərin verdiyi rahatlığı verə bilmir, işıq keçiriciliyi fərqli olur".

Oftalmoloq-cərrah bildirib ki, ucuz qiymətə satılan eynəklərin şüşələrində şəffaflıq zəif olduğundan göz obyekti yaxşı fokuslaya bilmir: "Göz yaxşı fokuslaya bilməyəndə isə beyin 2-3 qat çətinliklə işləyir. Bu eynəklərlə bəzi adamlar deyə bilər ki, hansısa obyekti iki görürəm, bəzi adamlar da deyə bilər ki, ürəyim sıxılır və s. İşıq bir az zəif olan zaman həmin eynəklərdən istifadə göz üçün daha çətindir. Çünki bu eynəklərdə polaroid funksiyası yoxdur".

Lakin A.Kərimov bütün hallarda gün eynəklərindən istifadənin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ultrabənövşəyi şüalar gözlərə ucuz gün eynəklərindən daha çox zərər vurur.
dle
  • Boyunuz Qısadırsa, Geyiminizə Diqqət
  • Vitaminlərin Qəbulunda da Ehtiyatlı Olun..
  • İlk dəfə Müsəlmanların kəşf etdiyi 20 şey
  • Evdə tək sıxılmamağınız üçün bəzi tövsiyələr
  • Biraz Güləlim

  • Şərhin əlavə edilməsi
    Adiniz:*
    E-Mail:*
    Fikiriniz:
    Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
    Sekildeki Kod: *