Qeydiyyat

Diş Ağrısına Çarə

2 625
Diş Ağrısına Çarə


Diş çürükləri diş ağrılarının əsas səbəbidir. Şəkərli, nişastalı qidalar nəticəsində ağzınızdakı boşluqlarda yığılan bakteriyalar dişlərinizi fırçalamadıqda diş minasını zəiflədərək çürüklərə səbəb olur. Bu məqamda həkimə müraciət etmək lazımdır. Amma həkimə gedən müddətə qədər ağrıları təbii üsulla azalda bilərsiniz.

1 – İlıq su və duz

1 stəkan ilıq suya 1 yemək qaşığı duz əlavə edərək qarışdırın. Sonrada bu qarışıq ilə ağızınızı qarqara edin. Bu üsulla şişli və ağrını azaldacaqsınız.

2- Yağ ilə dezinfeksiya etmək

Diş infeksiyalarını müalicə etmək üçün etməniz lazım olan 15 dəqiqə ərzində 2 yemək qaşığı yağı ağzınızda saxlamaqdır. Yağ ağız qoxularını aradan qaldırdığı kimi ağız boşluğundakı bakteriyaları da öldürür.

3- Duz və istiot təsiri

Əgər şiddətli bir diş ağrısı çəkirsinizsə, etməniz lazım olan yalnız duz və qara bibərdir. Bu iki qarışıq mükəmməl bir anti-bakterial xüsusiyyətə malikdir. Bu iki vəsaiti istifadə edərək ev istehsalı diş pastası hazırlaya bilərsiniz. Bu diş macununu etmək üçün bir az su, qara bibər və duza ehtiyac vardır. Bərabər miqdarda duz və qara bibəri bir miqdar su ilə yoğurub məcun konsistensiyasına gətirin. Daha sonra bu qarışıq ilə 2 dəqiqə ərzində dişlərinizi fırçalayın və sonra bol su ilə ağızınızı yuyun.

4-Ağrını kəsmək üçün sarımsaq və mixək

Təbii antioksidan olan sarımsaq ilə inanılmaz ağrı kəsici hazırlaya bilərsiniz. 1 diş sarımsağı çeynəyəək ağrını azalda bilərsiniz. Bundan əlavə mixək tozu ilə 1 qaşıq zeytun yağını qarışdırıb üzərinə sarımsaq tozu töküb. Bu qarışığı ağzımızda bir qədər saxladıqdan sonra udun.

5- Ağrı kəsici üçün zəncəfil

1 stəkan su içinə bir parça zəncəfil ataraq bir müddət gözlədin. Sonra qarışıq ilə qarqara edin. Təsirini dərhal görəcəksiniz.

7-Soğan halqaları ilə ağrı kəsici

Soğan güclü bir antiseptik xüsusiyyətə malik tərəvəzdir. Diş ağrılarını sakitləşdirmək üçün və rahatlamaq üçün bu tərəvəzi istifadə edə bilərsiniz. Ağrıyan dişiniz olan tərəfdə soğan çeynəyin.

8- Sarıkök təsiri

Xardal yağı ilə sarıkökü qarışdırın və bir qədər su əlavə edin. Yaranan qarışığın konsistensiyası məcun halına gələnə qədər davam etdirin. Sonra diş fırçanıza bu qarışığı sürtün və dişlərinizi fırçalayın. 15 dəqiqə bu qarışıq dişlərinizin arasında qalsın. Sonra ağızınızı çalxalayıb bol su ilə yuyun. Təsirini görəcəksiniz .

9- Çay paketləri

Əgər dişləriniz ağrıyır və diş ətləriniz şişibsə, həlli çox fərqli bir üsuldadır. Hazır paket çaylarını diş əti şişkinliyinizi aradan qaldırmaq üçün istifadə edə bilərsiniz. Əvvəlcə çay paketini buzluqda yarım saat gözlədin və ağzınızda ağrıyan nahiyyənin üzərinə qoyun.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: