Qeydiyyat

Düşündürücü Hekayə

3 790
Düşündürücü Hekayə


Bir müəllim bir gün dərsdə şagirdlərinə belə bir təklif edir.
— Bir həyat təcrübəsinə qatılmaq istəyərdinizmi?
Şagirdlər çox sevdikləri müəllimlərinin təklifini tərəddüdsüz qəbul edirlər. Müəllim deyir:
— Onda bundan sonra nə desəm edəcəyinizə dair söz verin.
Şagirdlər də razılaşırlar. Müəllim:
— İndi sabahkı tapşırığına hazır olun. Sabah hamınız bir torba və beş kiloqram kartof gətirəcəksiniz.
Şagirdlər bu işdən heç nə anlamamışdılar. Amma ertəsi gün sabah hamısının partalarında torbalar və kartoflar hazır idi. Özünə maraq dolu gözlərlə baxan uşaqları görən müəllim :
— İndi bu günə qədər bağışlamağı rədd etdiyiniz hər bir insan üçün bir kartof götürün və üzərində həmin insanın adını yazın. Sonra isə o kartofları torbalara qoyun.
Bəzi şagirdlər torbaların içinə iki- üç kartof qoyarkən, bəzilərinin torbası artıq ağzınacan dolmuşdu. Müəllim ona baxıb sanki " bundan sonra nə olacaq" deyən şagirdlərə deyir:
— Bir həftə boyunca hara gedirsinizsə gedin, bu torbaları özünüzlə gəzdirəcəksiniz. Yatarkən yatağınızda, mindiyiniz avtobusda, məktəbdəykən partanızın üzərində olacaq.
Aradan bir həftə keçir. Müəllim sinfə girər- girməz deyiləni etmiş uşaqlar şikayətə başlayırlar:
— Müəllim, kartoflar iylənməyə başlayıb.
— Müəllim, bu qədər ağır torbaları hər yerə aparmaq çox çətindi.
— Müəllim, vallahi adamlar artıq çox qəribə baxırlar mənə.
— Müəllim, həm sıxıldıq, həm də yorulduq.
Müəllim gülümsəyərək şagirdlərinə bu dərsi verir:
— Görürsünüz ki, bağışlamayaraq əslində özümüzü cəzalandırırıq. Özümüzü ruhumuzda ağır yüklər daşımağa məhkum edirik. Bağışlamağı qarşımızdakı insana bir lütf olaraq düşünürük, halbuki, bağışlamaq ən başda özümüzə etdiyimiz bir yaxşılıqdır.
Bolme: Hekaye
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: