Qeydiyyat

Şor qoğalın asan HAZIRLANMA QAYDASI

1 374
Şor qoğalın asan HAZIRLANMA QAYDASI


Şor qoğalın asan HAZIRLANMA QAYDASI

Məxsusi şirniyyatlar var ki, onlarsız bayram süfrələrini təsəvvür etmək mümkün deyil. Həmin şirniyyatlardan biri də şorqoğalıdır. Bəziləri şor qoğalı hazırlamağın çətin olduğunu düşünərək hazır almağa üstünlük verir. Amma bu reseptlə özünüz evdə ləzzətli bayram şorqoğalı bişirə biləcəksiniz.

Lazım olan ərzaqlar:

1 kq un

2 yumurta

50 qr kərə yağı

1 çay qaşığı maya

0.5 çay qaşığı şəkər tozu

Azca süd

1 çay qaşığı duz

Sarıkök

İçlik:

200 qr kərə yağı

400 q un

2 çay qaşığı cirə (döyülmüş)

2 çay qaşığı razyana (döyülmüş)

0.5 çay qaşığı sarıkök

0.5 çay qaşığı duz

0.5 çay qaşığı istiot

Hazırlanma qaydası:

Ələnmiş una göstərilən ərzaqlar qatılmaqla bərk xəmir yoğurulur və acımaq üçün 1-1.5 saatlığa isti yerdə dincə qoyulur. Xəmir gəldikdə 150-200 q kündələr tutulur və 0.5 mm qalınlıqda yayılır. Xəmirlər yayıldıqca əridilmiş yağ çəkilərək qat-qat yağlanaraq yığılır 10x15 sm irilikdə doğranır. Tikələr burularaq azacıq yastılanır və çökəklik əmələ gətirilib içlik qoyulur, xəmirin qıraqları birləşdirilib hamarlanır, qoğal formasına salınır və üzərinə zəfəranla yumurta sarısı çəkilib sobada bişirilir. İstəsəniz, üzərinə çörəkotu da tökə bilərsiniz.

Nuş olsun!
Bolme: Metbext
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: