sekiller
Bash Sehife Elaqe Saytin Rss Statistika
Yazili Sekiller
Saygac
Купить ссылку здесь за руб.
Поставить к себе на сайт
Nazik dodaqlı xanımlara TÖVSİYƏ


Nazik dodaqlı xanımlara TÖVSİYƏ

Dodaq boyasını düzgün və qüsursuz sürtməyin ən yaxşı yolu nədir? Gözəl xanımlarımız üçün bu işin sirlərini təqdim edir.

Dodaq boyası çəkərkən azca gülümsəyərək, dodaqlarınızı gərin və qətiyyən büzməyin.

Solğun rəng dodaqlar üçün necə bir dodaq boyası istifadə etməliyəm?

Solğun cildlilər şaftalı, çəhrayı və hətta soyuq berjləri, tünd dərililər isə qəhvərəngi tərkibli daha isti tonları seçməlidir. Həm də solğun rəngli dodaqlarınızı dumanlı gözlərlə də tamamlaya bilərsiniz.

Mükəmməl qırmızı dodaq boyası deyilən bir şey varmı?

Sizə yaraşan mükəmməl qırmızı tonu tapmaq üçün qutunun üzərində görünən rəngə önəm verməyin. Dodaq boyasının rəngini əlinizin üzərinə çəkib baxmaqla təyin etməkdənsə, boyanı dodaq rənginizə azca uyğunluğu olan barmaq uclarına çəkin.

Saç rənginə uyğun dodaq boyası seçməyin bir qaydası varmı?

Solğun rəngli qızılı saçlı qızlar berj, ya da ərik rəngi seçməlidir. Asan bronzlaşmayan sarışınlar mərcan, ya da çəhrayı tonlar, qumral dərili qaraşınlar qırmızı rəng tonlarına ehtiyac duyurlar. Dərisi və saçı tünd olanlar qızılı tonlarda bir şey seçsin.

Dodaqların daha dolğun görünməsi üçün nə etməli?

Dodaq cizgisindən yuxarıya dodaq qələmi çəkməyi heç düşünməyin. Bunun yerinə mat rəngli bir dodaq boyası sürtdükdən sonra üst dodağınız boyunca uzanan qövs bölümünə incə bir fırçayla bir az aydınladıcı sürtün.

Solğun dodaqlar gecə gözəl görünsün deyə nə etməli?

Mat tonda dodaq rənginə uyğun boya çəkdikdən sonra parıltılı göz kölgəsini dodaqlarınıza sürtün.

Hansı rəng boyalar dodaqları daha böyük göstərər?

Əgər dodaqlarınız çox nazikdirsə, tünd rənglər və meyvə tonlarından uzaq durun. Daha güclü tonda qırmızı rənglərdən istifadə edin. Dodaq balzamı, ya da parıldadıcının verdiyi işıltı dodaqlarınızı daha dolğun göstərərkən, parıltılı pudra ilə üst dodağınızda edəcəyiniz kiçik toxunuşlar bu effekti gücləndirəcək.

Böyük dodaqların kiçik görünməsi üçün nə etməli?

Tünd rəngli dodaq boyası istifadə edə bilərsiniz.

Dodaq parıldadıcısı dodaqları daha dolğun göstərərmi?

Bu effekti daha da artırmaq üçün parıldadıcını bütün dodaqlarınıza vurmayın. Alt və üst dodaqların orta hissəsinə toxundurun.

Dodaq boyası bir, ya iki qat çəkilməlidir?

İki qat hətta daha çox. İkiqat çəkdikdən sonra kağız salfetlə üzərindən basın, sonra dodaqlarınıza bir az pudra səpib ikinci qatı çəkin.

Qırmızının şitliyini azaltmaq üçün nə etməli?

Qırmızı boya çəkilmiş dodaqların çox şit görünməməsi üçün bir qat rəngsiz dodaq nəmləndiricisini barmağınızla boyanın üzərindən çəkin.
dle
  • Sevdiyi məşhura bənzəmək üçün görün nə etdi Sekiller
  • Şəkər tozunu zeytun yağı ilə qarışdırın və...
  • Kraliça dodaq uçuqladan qiymətə təyyarə kirayələdi
  • Dodaqları çatladan nədir?
  • Gözlərinizi Böyük Göstərməyin Yolları

  • Şərhin əlavə edilməsi
    Adiniz:*
    E-Mail:*
    Fikiriniz:
    Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
    Sekildeki Kod: *

    loading...