Qeydiyyat

"WhatsApp" çökdü

4 909
"WhatsApp" çökdü

Dünyanın ən populyar ani mesajlaşma sistemi olan "WhatsApp"da problem yaranıb.

Bu gün səhər saatlarında "WhatsApp"a girən istifadəçilər problemlə qarşılaşıblar. Belə ki, onlar yazdıqları mesajları göndərə bilməyiblər.

Problem mesajların göndərilə və alına bilməməsi, eləcə də hesablara giriş məhdudiyyəti formasında özünü büruzə verib. Sistemin çökməsi barədə xəbər isə "Twitter" sayəsində bir anda bütün dünyaya yayılıb. Xəbər "WhatsApp çökdü" başlığı ilə yayılıb.

Sosial şəbəkələrdə paylaşılan məlumatlarda aydın olub ki, sistemin çökməsi fərqli ölkələrdə, həm iOS, həm də Android istifadəçilərinin işini çətinə salıb.

Hələlik "WhatsApp" problemin nə olduğu və nə zaman həll ediləcəyi ilə bağlı heç bir rəsmi açıqlama yaymayıb.

İlkin ehtimala görə, bu problem istifadəçi sayının çoxluğundan qaynaqlanır.

"WhatsApp" smartfonlar üçün ani mesajlaşma mübadilə sistemidir. Mətn mesajlarını, təsvirləri, videonu və audionu göndərməyə imkan verir. Messenceri yaratmış şirkətin 2009-cu ildə Cen Koum və Brayan Akton tərəfindən əsası qoyulub. Şirkətin mərkəzi ofisi Santa-Klara Kaliforniya ştatında yerləşir.
Bolme: Xeberler
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: