Qeydiyyat

Urek ucun en faydali 14 mehsul

5 010
Urek ucun en faydali 14  mehsul




1. Nar ürək xəstəliklərinə qarşı ən yaxşı vasitə sayılır. Narın tərkibində olan faydalı maddələr qanda xolesterini azaldır, qan dövranı yaxşılaşdırır, aterosklerozun qarşısını alır, qanı duruldur.

Təbii nar şirəsinin müntəzəm qəbulu ürək-damar sistemi xəstəliklərinin və prostat vəzi xərçənginin riskini xeyli azaldır.
2. Avokado əvəzsiz yağlı turşularla zəngindir. Bu turşular ürək-damar sistemi xəstəliklərinin riskini azaldır. Məhz bu turşuların orqanizmdə defisiti xolesterinin mübadiləsinin pozulmasına və aterosklerozun inkişafına səbəb olur.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, avokado kalium elementi ilə də zəngindir. Kalium ürəyin normal fəaliyyəti üçün olduqca vacibdir - orqanizmdən artıq maye çıxardır, ödemləri azaldır, ürəyin fəaliyyətini yaxşılaşdırır.
Avokado hipertoniyadan əziyyət çəkənlər üçün çox faydalıdır, arterial təzyiqinin normallaşmasına kömək edir.
Avokado normal qanyaratma və qan dövranı üçün vacib olan bir çox maddalərlə zəngindir: mis, dəmir, C, B2, B6, E vitaminləri.
Avokado orqanizmdə "pis" xolesterinin səviyyəsini aşağı salır, "yaxşı" xolesterinin səviyyəsini qaldırır.
Avokadonun tərkibində olan xüsusi fermentlər ürək əzələsini qoruyur.
Ürəyin sağlamlığı üçün avokadonu yalnız çiy şəkildə yemək lazımdır.
3. Qreypfrut sellüloz və qlikozidlərlə zəngindir.
Qlikozidlər ürəyin fəaliyyətini yaxşılaşdırır, aterosklerozun inkişafının qarşısını alır.
Qreypfrutun tərkibində olan P və C vitaminləri qan damarlarını möhkəmləndirir.
Qreypfrut arterial təzyiqini və qanda "pis" xolesterinin səviyyəsini aşağı salır.
4. Alma dəmir, kalium kimi minerallar, sellüloz, pektinlərlə zəngindir. Alma ürək xəstəliklərinin riskini azaldır, qanda xolesterinin səviyyəsini aşağı salır, arterial təzyiqinin tənzimlənməsinə kömək edir, ürək əzələsini möhkəmləndirir.
5. Kətan toxumları və kətan yağı Omeqa-3 yağlı turşularla zəngindir. Bu maddə qanda xolesterini azaldır və qan damarlarında trombların əmələ gəlməsinin qarşısını alır.
Kətan toxumunu salatlara, sıyıqlara, kəsmiyə əlavə etmək olar.
6. Yarmalar (yulaf yarması, qarabaşaq, darı yarması və s.) "pis" xolesterinlə mübarizə aparır, ateroskleroz və ürəyin işemik xəstəliyinin riskini azaldır.
7. Lobya, mərci sellüloz və kalium mineralı ilə zəngindir.
Həmçinin bu məhsullar flavonoidlərlə zəngindir ki, bu maddələr arterial hipertenziyanın profilaktikası sayılır.
8. Balqabaq beta-karotin, C vitamini və kaliumlə zəngindir. Bu maddələr aterosklerozla mübarizə etməyə kömək edir, arterial təzyiqini aşağı salır.
9. Sübut olunub ki, sarımsağın müntəzəm qəbulu arterial təzyiqini aşağı salır.
10. Balıq Omeqa-3 yağlı turşularla zəngindir. Balığın müntəzəm qəbulu (həftədə 2-3 dəfə) arterial təzyiqinin aşağı salmasına kömək edir, pis xolesterini azaldır, qanı duruldur, miokard infarktın riskini azaldır.
Losos, forel, skumbriya, tunes, sardina kimi balıqlar xüsusilə xeyirlidir.
11. Brokkoli kələmi vitaminlər və minerallarla zəngindir. Kalium və maqnezium kimi minerallar ürək üçün xüsusilə vacibdir.
12. Göbələklərin tərkibində "erqotianin" adında xüsusi maddə var ki, bu maddə orqanizmdə olan sərbəst radikallarla mübarizə aparır. Sərbəst radikallar orqanizmdə "yaxşı" xolesterini "pis" xolesterinə çevirir. Pis xolesterinin orqanizmdə yığılması isə aterosklerozun və ürək xəstəliklərinin inkişafına səbəb olur.
13. Qara (acı) şokolad (kakao - 70%-dən az olmayaraq) ürək-damar sistemini möhkəmləndirir, arterial təzyiqini və xolesterini aşağı salır.
14. Qoz və badam Omeqa-3 yağlı turşularla zəngindir
Bolme: Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: