Qeydiyyat

"Atam bizim toyumuzu görmədi" - Əkizlər kövrəldi

2 098
"Atam bizim toyumuzu görmədi" - Əkizlər kövrəldi



Bir müddət əvvəl atası dünyasını dəyişən müğənni Sevil və Sevinc bacıları xatirələrini bölüşüb.

Senisevirem.az-ın məlumatına görə, ifaçılar "MUZ TV"yə açıqlamasında göz yaşını saxlaya bilməyib:

“İnsan həyatda hər şeyə hazır olmalıdır. Çətindir... Çünki qəmli mahnı olur kövrəlirsən, hönkür-hönkür ağlayırsan, canlı efirdə yaddan çıxır. Bunların hamısını nəzərə almışıq. Onun üçün 40 gündən çox efirdə görünmədik. Hamı bizə sual verir ki, “Bundan sonra atanızın ruhu şad olsun deyə, güləcəksiniz, danışacaqsınız, efirə çıxacaqsınız”. İnanın, biz bunu onun üçün etmirik. Bu, bizim işimizdir. Atam bizimlə hər zaman fəxr edib. Anama görə bizə belə suallar verilməsini istəmirəm. Çünki anam nə baş verirsə, hamısına baxır. Özünü nasaz hiss edir, ona görə acısını təzələmək istəmirəm. İstəmirəm görsün ki, biz ağlayırıq. Ən çox bizi kövrəldən o oldu ki, atam nə qardaşımın, nə də bizim toyumuzu gördü. Hər bir valideyn istəyər ki, övladının toyunu görsün, nəvə-nəticəsi olsun".

Əkizlər sənət dostlarının onları ağır günlərində yada salmamasından da şikayətlənib:

"Barmaqla sayılası dörd-beş insandan başqa bizə zəng edən olmadı. Amma efirə çıxmağa başladığımız gündən artıq zəng etməyə başladılar. Deyirlər “Yasa gedə bilmədik, fikirləşdik ki, nə reaksiya verərlər?”. Mən həmin gün necə reaksiya verə bilərəm? Aysel Əlizadə ilə biz 2 ildir danışmırdıq. Qalmaqal olmayıb, sadəcə, ünsiyyətimiz yox idi. Amma mənim atamın yasında məndən qabaq Aysel gəlmişdi. Mən onun üzünə pis baxa bilərəm? Balacasından tutmuş böyüyünə kimi hamısını tanıdıq. Allah heç kəsə göstərməsin, amma elə bir gündə insanın gözü qapıda qalır. Hamını gözləyirsən, istəyirsən kimsə yanında olsun ki, başın qarışsın”.
Bolme: Xeberler
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: