Qeydiyyat

Sən və Mən :(

1 837
Sən və Mən :(
Heç görə bilmədiyim, amma daim hiss etdiyim gözlərindən bir qurtum nəfəs alıb sənə yazıram yenə... Ürək mürəkkəbiylə yazılmış o qədər qaralamaya inad səni yaşayıram sətirlərimdə... Halbuki əllərini heç tutmadım ki... Sən və mən... İki ayrı şəhərin səhərində eyni günəşlə oyanan iki sevdalı... Qeyri-mümkünlüyün içində yoxluğun acınəfəsində "eşqi" tənəffüs edən iki ürək... Bilirsənmi yağışı dilənən quru torpaq kimi hər səhər heç bilmədiyim nəfəsini tənəffüs edirəm mən... Günəşi gözləyən quru yarpaq kimi axşam qırmızılığında gələcəkmişsən kimi həmişə səni gözləyirəm... Bilirəm heç bir zaman qapımı döyməyəcək əllərin və bəlkə də heç bir zaman əllərini tuta bilməyəcəyəm və əllərim ovuc içlərində tərləməyəcək bəlkə də heç bir zaman... Olsun mən yenə də səni çox sevirəm... Burax bu dünya bizə həsrət borcu olsun... Dəyməsin dodaqlarımız dodaqlarımıza... Sevgi bu deyilmi ? Yoxluğunda belə sevməyi bilmək... Halbuki əllərini heç tutmadım ki... Mən səni yoxluğunda belə sevməyə razıyam... Eşqi ucaldan bu deyilmi ki onsuz da? Buralara yağış dolu buludlar qonaq olduğunda səni bir daha axtarıram yağışın hər damlasında... Çünki saçlarımı isladan bir yağış damlası qədər aydın olduğunu bilirəm bu sevginin... Səndən uzaqda toxunduğum hər şey də əllərinin istiliyini axtarıb dayanıram... Halbuki əllərini heç tutmadım ki... Halbuki əllərini heç tutmadım ki... Amma hiss edirəm o istiliyi və o heç bilmədiyim istiliyə elə çox darıxıram ki... Baxdığım hər nöqtədə gözlərinin dərinliyindəki ümidi sevirəm. Bilirəm gözlərini heç görmədim amma görməsəm də həmişə səni yaşayıram mən... Halbuki əllərini heç tutmadım ki... Səninlə yaşayır kimi yaşayıram səndən uzaqlarda buralarda... Səninlə görmədən sevməyi, toxunmadan hiss etməyi öyrəndim mən... Səninlə ürəkdən sevməyi öyrəndim mən..
Bolme: Sevgi
Fikirler (1)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
GunKa
GunKa 30 may 2016 00:19 Cavab Ver
Nece de gozeldi sevilmek
Mende sevirem ama sevilmirem (
Kederlendirdi yazi meni. Twk
Oxsar Xeberler: