Qeydiyyat

Baki Vaxti ile Kulekler...

2 639
Baki Vaxti ile Kulekler...
Hər səhər, hər axşam, hər axşam, hər səhər Çox zaman sərsəri küləklər bixəbər Bir yaxın dost kimi qapımı döyərlər, Küləklər, küləklər, bəstəkar küləklər, Dünyanı dolaşan bəxtiyar küləklər!
Bəziniz qorxulu, bəziniz qorxusuz, Bəziniz duyğulu, bəziniz duyğusuz, Bəziniz uyqulu, bəziniz uyqusuz, Küləklər, küləklər, ey sərin küləklər, Sizdə var qoxusu hər yerin, küləklər!
Ey çılğın küləklər, nəşəniz daşarkən, Bağların şehindən mey sorub coşarkən, Nalqıran dağları atlayıb aşarkən, Məni də alınız, uçayım dağlara, Könlümdə nə varsa, açayım dağlara!
Gurlayın, ilhamım, sənətim gurlasın! Fırtınam, qasırğam, qüdrətim gurlasın! Şimşəyim parlasın, zülmətim gurlasın! Ey məni sərazad bəsləyən küləklər, Bir dağın başından səsləyən küləklər!
Bolme: Sevgi
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: