Qeydiyyat

Mobil viruslar 3,5 dəfə ARTIB

985
Mobil viruslar 3,5 dəfə ARTIB



“Kasperski laboratoriyası” şirkətinin mütəxəssisləri cari ilin birinci rübündə mobil qurğuların yoluxdurulması üçün nəzərdə tutulan 218 625 quraşdırma fırıldaqçı virus paketi aşkarlayıblar.

SENİSEVİREM.AZ xəbər verir ki, bu, ötən rübün göstəricisindən 3,5 dəfə çoxdur. Virusların ümumi sayının 86 faizindən çoxu “Congur” ailəsindən olan zərərli proqram təminatlarının payına düşüb. Zərərli proqramlar yoluxdurulmuş qurğunun PİN kodunu dəyişərək onun blokdan çıxarılması qarşılığında pul tələb edirlər.

Hücumların qurbanı olan istifadəçilərin 45 faizindən çoxu "Fusob" fırıldaqçı proqramı ilə qarşılaşıb. İnzibatçı hüququ əldə edən virus qurğu haqqında məlumat toplayaraq onu sahibinin serverinə göndərdikdən sonra haker bloklama komandası vermək imkanı əldə edir.

Məlumata görə, hücumlara hamıdan çox ABŞ sakinləri məruz qalıb. Belə təhlükələrlə mübarizə üçün "Kasperski laboratoriyası" Avropol, Niderland polisi və "Intel Security" şirkəti ilə birgə "No More Ransom" təşəbbüsünü istifadəyə verib. Layihənin başlıca məqsədi istifadəçiləri təhlükələr haqqında xəbərdar etmək və onlara məlumatların bərpası üçün pulsuz alətlər təqdim etməkdir.
Bolme: Xeberler
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: