Qeydiyyat

Xəstələnən adam niyə həmişə yatmaq istəyir?

1 635
Xəstələnən adam niyə həmişə yatmaq istəyir?

İnsan xəstələnəndə onun iştahası küsür, hərəkət etmək istəyi azalır və o, yalnız yatmaq istəyir. Yeni tədqiqat xəstə adamın davranışına aydınlıq gətirib. Məlum olub ki, yüksək yuxululuq bədənin bütün enerjisini infeksiya ilə mübarizəyə yönəltməsi ilə bağlı olan haldır.

Məsələ xəstənin sinir sistemindəki hüceyrələrdə gedən kimyəvi proseslərdədir. Çox güman, adətən sinir sistemində gümrahlıq hissini qoruyan fəallığı yatıran birləşmələr var. Pensilvaniya Universitetinin əməkdaşları orqanizmin xəstəliyə reaksiyasını bir elementin necə dəyişdirdiyini başa düşmək üçün yumru qurdların sinir sistemini öyrəniblər.

Xəstəlik dövründə hüceyrələr stress vəziyyətində olur. Orqanizm stress vəziyyətindən səmərəli çıxmaq üçün yuxu rejimini işə salır. Məsələn, qurdlarda yalnız bir element - neyronlar arasında siqnalları ötürən alfa-lipoy turşusu (ALA) kimyəvi maddələrin əmələ gəlməsinə kömək edir. ALA bədəndə enerjinin hasil olunmasına kömək edir və güclü antioksidant kimi işləyir. Əmələ gələn əsas birləşmə FLP-13-dür. Bu birləşmə sinir sistemi hüceyrələrinin fəallığını yatıraraq yuxu gətirir.

Hazırda tədqiqatçılar insan orqanizmində eynilə bu cür mexanizmin işləyib-işləmədiyini aydınlaşdırmağa hazırlaşırlar.
Bolme: Saglamliq
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: