Hıçqırığı necə kəsməli? » SENISEVIREM.AZ, Sekiller, Menali, Sevgi, Maraqli, Yazili, Profil,
sekiller
Bash Sehife Elaqe Saytin Rss Statistika
Yazili Sekiller
Saygac
sekiller, yazili sekiller, sevgi sekilleri, profil sekiller, burcler, gunun burcu, gundelik burcler, burclerde bu gun, statuslar maraqli statuslar qarisiq statuslar, sevgi statuslari,
Купить ссылку здесь за руб.
Yazili Sekil Yerlesdir
Hıçqırığı necə kəsməli?


Hıçqırığı necə kəsməli?

Bəzən el arasında hıçqıran adama zarafatla “yenə nə oğurlamısan” sualı verilir. Ümid edilir ki, qəfil sualla adamı çaş-baş edib, hıçqırığını kəsmək olar…

Adam nə üçün hıçqırır? Hıçqırıq diafraqmanın spazmaları nəticəsində əmələ gəlir. Diafraqma qıc olmuş halda azalmağa başlayır, bunun arxasınca isə, qeyri-ixtiyari qısa nəfəs gəlir.

Hıçqırtının səbəbləri dəqiq məlum deyil. Məsələn, körpə süd əmdikdən sonra hıçqırmağa başlayanda, “qursaq atır” deyirlər, yəni mədəsini böyüdür.

Hıçqırtı qəflətən baş verir. Çox vaxt hıçqırmağa təzə doğulmuş uşaqlar meylli olur. Bu normal haldır və valideynlər bunun üçün narahat olmaya bilər. Yəni, əgər uşaqda belə bir problem varsa, qorxmaq lazım deyil.

Müşahidə olunub ki, hıçqırıq adətən qidanın və ya mayenin sürətlə udmağından yaranır, bu da əlavə havanın udmağına gətirib çıxardır.

Hıçqırıq qısa müddətdə və çox miqdarda yeyilən yağlı yeməkdən də irəli gələ bilər. Hıçqırığa çox əsəbiləşmək və həyəcanlanmaq da səbəb ola bilər.

Hıçqırığın dayandırılması üçün müxtəlif üsullar mövcuddur. Bəziləri hesab edir ki, insanı qorxudarkən hıçqırıq dayana bilər. Bu, yanlış fikirdir, qorxu özü də hıçqırmanın səbəbi ola bilər.

Hıçqırığın aradan qalxmasına çox şirin və ya buzlu su içmək, bir balaca parça buzu udmaq, limonun yarısını sormaq və ya asta-asta bir tikə boyat çörək yemək kömək edir.

Rus təbabətçiləri hıçqırığı kəsmək üçün belə məsləhət verirlər: xırda-xırda doğranmış dəfnə və albalı yarpaqlarının hərəsindən 10 qram götürülür və bir stəkan qaynar suda dəmlənir. Gündə bir neçə dəfə, hər dəfə də 20-25 damcı bir xörək qaşığı suya tökülərək içilir.

Hıçqırığı kəsməyin ən qədim və sadə üsullarından biri də qurtum-qurtum soyuq su içməkdir. Bu, sadə müalicə də hıçqırığı dəf edə bilər.

Zirəni soyuq suya töküb vam odda qaynadırlar. Ondan bir neçə dəfə qurtum-qurtum içmək olar.

Əgər hıçqırıq ara vermirsə, onda bir qədər badam yağı ilə şəkər qarışdırın və əzin – onu qəbul etsəniz, hıçqırıq kəsilər.

Şüyüdün gövdə və toxumunu qaynadıb qurtum-qurtum içmək də olar.
dle
  • Öskürəkdən qurtulmaq üçün ən asan vasitələr
  • Yalan danışan insanı necə tanımaq olar?
  • Dəm çayını zibil qabına atmayın - İNANILMAZ FAYDALARI
  • Normal dəriyə qulluq necə olur
  • Kəpəyə qarşı mübarizə

  • Şərhin əlavə edilməsi
    Adiniz:*
    E-Mail:*
    Fikiriniz:
    Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
    Sekildeki Kod: *

    loading...

    Sekiller, Maraqli, Sevgi, Menali, Yazili, Profil,

    yazili sekiller, sekiller yukle, sekiller 2018, maraqli sekiller, gulmeli sekiller, yeni sekiller, romantik sekiller, profil sekilleri, ayriliq sekilleri, dini sekiller, gozel sekiller, instagram sekilleri, xanimlarin sekilleri, xanim sekilleri, xanimlardan sekiller, Qarisiq Menali Sekiller, Qarisiq Sekiller, Qarisiq Sevgi Sekiller, Qarisiq Yazili Sekiller, Menali Yazili Sekiller, Maraqli Menali Sekiller,