Qeydiyyat

DİŞLƏRİNİZİ ÇÜRÜDƏN SƏBƏB

1 258
DİŞLƏRİNİZİ ÇÜRÜDƏN SƏBƏB




Kariyes niyə yaranır
Bu barədə alimlərin bugünə qədər 414 nəzəriyyəsi vardır. Lakin 1898-ci ildə Millerin nəzəriyyəsi əsas tutulur. Bu nəzəriyəyə görə kariyesin yaranma səbəbləri bunlardır: ağız boşluğunda kariyesgətirici mikroorqanizmlər karbohidrat mühitində (yeməkdən sonra ağız boşluğunda qalan yemək qalıntıları) orqanik turşular ifraz edirlər. Nəticədə bu turşular ilk öncə diş minasını dağıdır və daha sonra kariyes yaranmağa başlayır. Beləliklə, kariyesin yaranma səbəbi ağız boşluğunun qiqiyenasından asılıdır.

Hansı bakteriyalar dişdə kariyes yaradır
Kariyes yaradan bakteriyalar – ilk öncə Streptococcus mutans, bəzi hallarda Streptococcus sanguis və aktinomisetlərdir. Burada qeyd etmək lazımdır ki, bu bakteriyaların təsiri hər bir insanda fərqlidir. Buna səbəb hər bir insanın immunitetinin fərqli olmasındadır. İmmunitet nə qədər güclü olarsa, diş sağlamlığı bir o qədər möhkəm olar. Beləki, immuniteti zəif olan insanlarda diş ərpi daha sürətli yaranır və ərp vaxtında tam təmizlənmədikdə isə diş daşına çevrilir ki, onu yalnız stomotoloq təmizləyə bilir.

Kariyesin inkişafına səbəb olan əlavə faktorlar
Əsas faktorlardan başqa ağız boşluğunda kariyesə səbəb olacaq başqa faktorlar da var. Bunlar:

* Dişlərin sıx olması – yemək qalıqlarının diş arasında qalmasına və çətin təmizlənməsinə səbəb olur. Bu halda mütləq diş sapından istifadə edilməlidir.

* Tüpürcəyin azlığı və ifrazının zəifliyi – tüpürcək eyni zamanda yemək qalıqlarının yuyulması üçün nəzərdə tutulmuşdur. Norma olaraq gün ərzində 1,5 litr tüpürcək ifraz olunmalıdır. Əgər normadan az olarsa, kariyesin yaranmasına təkan verə bilər.

* Tüpürcəyin turşuluğunun neytral olması – bu halda tüpürcək orqanik turşularını neytrallaşdırmır və bununla diş çürüməsinə səbəb olur.

* Qida rejiminin pozulması – kariyesin yaranmasının səbəblərindən biri də sağlam qidalanmamaqdır və karbohidratlı qidaların tez-tez yeyilməsidir. Xüsusən də əgər hər qida qəbulundan sonra dişlər yuyulmursa.

Adətən kariyes bu bölgələrdə yaranır
İlk növbətə kariyes diş ərpinin və yemək qalıqlarının yığıldığı yerdə yaranır:

* dişin dibi – bura daha çox ərp yığılan yerdir.

* dişin arasındakı məsafələr – burada yemək qalıqları qalır. Bəzilərini diş fırçası çıxarda bilmir ki, diş sapından istifadə edilməlidir.

* çeynəyən dişlərin üzərindəki əyriliklər – bu bölgələrdə yemək qalıqları asanlıqla qalır.

Kariyesin formaları
Kariyes prosesinin inkişafında 4 mərhələ ayrılır:

1. Dişdə ağ-qara ləkələr – bu mərhələdə defektin yaranması baş vermir.

2. Üst təbəqəsində kariyes – mina təbəqəsində defektin əmələ gəlməsi.

3. Orta kariyes – proses diş sümüyünə yayılır.

4. Dərin kariyes – artıq kariyes diş sümüyünü deşməyə başlayır.

Kariyesin nəticələri

Kariyes, vaxtında müalicə olunmadığı halda pulpitə keçir. Pulpit – diş özəyinin iltibahıdır. Kariyesin pulpitdən fərqi ondadır ki, pulpit zamanı artıq sinir sisteminin zədəsi başlayır. Nəticədə məsələ dərinləşdikcə dözülməz ağrılar olur.

Pulpit,vaxtında müalicə olmadığında isə periodontitə keçir. Bu halda diş ətrafı irinləmə başlayır və damağda şişlər yaranır.
Bolme: Saglamliq
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: