Qeydiyyat

Dünyanın ən zəngin gəlini

1 106
Dünyanın ən zəngin gəlini



Bolqiah qızını möhtəşəm bir toyla evləndirib.

Cənub-Şərqi Asiyanın müsəlman ölkəsi Bruney bu günlərdə Sultan Həsən əl Bolqiahın (Hassanal Bolkiah) qızının toyuna səhnə olub. 14 gün davam edən əzəmətli toy xalqın da iştirakı ilə böyük bir mərasimə çevrilib.

Məlumata görə, Sultanın sarayında İslam üsullarına uyğun formada keçirilən toy mərasimiylə şahzadə Majeedah Raudhatul Bulqiah (31) ilə nişanlısı Xayrul Xəlil (32) nigaha girib. Sultanın dördüncü övladı şahzadənin nikah şahidi Malayziyanın Baş nazirinin müavini Nəcib Razaq olub. Ləl-cəvahirat və qızılla bəzədilən gəlin və bəy toy proqramının proseduruna görə, üstü açıq 2Rolls Royce” avtomobilində xalqı salamlayıb.

Möhtəşəm toyun xərci ilə əlaqədar məlumat verilməyib, ancaq hədiyyələrin və toyun 100 milyon dollara başa gəldiyi iddia olunur. Dünyanın ən zənginlərindən olan Sultan Bolqiah zəngin neft və təbii qaz ehtiyatlarına sahibdir.

Qeyd edək ki, bəy Xayrul Xəlil Baş Nazirlikdə, gəlin şahzadə Majeedah Raudhatul Bulqiah isə Ətraf Mühitin Qorunması Nazirliyində işləyir.
Bolme: Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: