Futbol agenti Mino Rayola Mayami şəhərinin ətrafında villa alıb.
myBaku.az xəbər verir ki, bir vaxtlar məşhur qanster Al-Kaponenin yaşadığı bu villanın qiyməti 9 milyon avrodur. Onun 7 yataq otağı, hovuzu, mühafizəçilər üçün yardımçı tikililəri var. Sahəsi 1800 kv. metr təşkil edir.
Qeyd edək ki, Pol Poqbanın transferindən Rayola 25 milyon avro komission haqqı alıb. Fransalı futbolçunun transferi "Manchester United"ə 105 milyon avroya başa gəlmişdi.