Qeydiyyat

ŞOK RƏQƏM! Azərbaycanlı biznesmen qurbağaya 100 min dollar

1 254
ŞOK RƏQƏM! Azərbaycanlı biznesmen qurbağaya 100 min dollar


Xəbər verdiyimiz kimi, Azərbaycanda qurbağa ətinin istehsalına başlanılıb. Ölkəmizdə ilk dəfə olaraq bu sahədə biznes quran sahibkar "Azərifrog" MMC adı ilə 2015-ci ildən qeydiyyata düşən şirkətin rəhbəri Rauf Hüseynzadədir.

Uzun müddətdir Fransada yaşayan R.Hüseynzadə publika.az-a açıqlamasında niyə məhz qurbağa biznesinə başlamasının səbəbini izah edib: "Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişəm. Daha sonra Fransanın Nant şəhərində eyniadlı universitetin MBA üzrə magistraturasında təhsil almışam. 8 ildən çoxdur ki, Fransada yaşayıram. Orada günlərin bir günü restoranda yemək yeyəndə qurbağa əti mənə maraqlı gəldi. Öyrəndim ki, Fransada qurbağa əti zənginlərin süfrəsində yer alır. Bundan sonra bu biznesi Azərbaycanda qurmaq qərarına gəldim".
Rauf Hüseynzadə qurbağa ferması yaratmaq üçün Braziliyadan Azərbaycana xüsusi növ yumurtalar gətirdiyini deyib: "Bu işə başlamazdan öncə kurslara gedib, qurbağa haqqında çoxlu məlumatlar əldə etdim. Bu ideyanı Azərbaycanda həyata keçirmək üçün şirkət açmışam. Qurbağanın dərisindən kosmetik vasitələrdə istifadə edilir. Əti isə delekates kimi yeyilir".
Onun sözlərinə görə, heç də bütün qurbağaların əti yeyilmir və bütün növlərə tələbat yoxdur. Ona görə də bu sahəni araşdıraraq tələb olunan qurbağa növünü Braziliyadan gətirməyi qərara alıb: "İstehsal üçün lazım olan qurbağa növü Braziliyada idi. Bu növ "Rana eskuranta" adlanır".
Lazım olan növü tapdıqdan sonra bununla bağlı şirkət təsis edilib və Salyan rayonunun Şorsulu kəndində istehsal sahəsi qurulub. R.Hüseynov bildirir ki, istehsalın qurulması, o cümlədən qurbağa əti istehsalında tələb olunan xüsusi avadanlıqların alınması üçün 100 min dollara yaxın investisiya yatırıb. Yaradılan istehsal sahəsi ildə 10 ton qurbağa əti yetişdirib ixrac etməyə imkan verir ki, bu da gəlirlə işləmək üçün tam kifayətdir.
Artıq şirkətin məhsullarına xarici tələbat da var. Şirkət rəhbəri bildirir ki, "Azərifrog" qurbağa ətinin alınması üçün 5 ölkədən sifariş alıb. Bunlar Norveç, Fransa, İspaniya, Kanada və Çindir: "Əvvəlcə məhsullarımızı ilkin olaraq göndərdik, onların dadı və keyfiyyətini yoxladılar, qane etdi və sifariş edildi".
Hazırda R.Hüseynov qurbağa ətinin ixracı üçün tələb olunan rəsmi prosedurları həyata keçirməklə məşğuldur. Bunun üçün Standartlaşdırma Komitəsi, Baytarlıq xidməti və digər qurumlardan sertifikat və arayışlar toplanır. Şirkət rəhbəri bu məsələdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) lazımi dəstək aldığını bildirib: "Həftənin sonunadək sənədlərin toplanması başa çatacaq və şirkət ixraca başlaya biləcək".
Məlum olub ki, yaxın günlərdə Fransa və İspaniyaya 10 ton qurbağa əti göndəriləcək. Onun sözlərinə görə, xüsusi növ qurbağa ətinə təlabat çoxdur.
Bolme: Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: