Qeydiyyat

İNANILMAZ: Dişi pitonu oğluna dayə seçdi

1 053
İNANILMAZ: Dişi pitonu oğluna dayə seçdi


Çində bir ailə uşaqları üçün qeyri-adi dayə tapıb.

Tonquanyanın Kanton əyalətindən olan Açje Lyü atası evə piton yumurtası gətirdikdən sonra dünyaya gəlib.

Oğlanın atası Çan ilanları çox sevdiyini bildirib: "Mən həmişə pitonları ən gözəl varlıqlar hesab etmişəm və oğlum dünyaya gəlməzdən əvvəl ilanların onunla yola gedə biləcəyi mənim üçün maraqlı idi. Xoşbəxtlikdən Açje uşaqlıqdan böyük ilanlardan qorxmadı, əksinə onun “ağuşunda" dincəlməyi sevirdi. Qızmar yay günlərində ilanın soyuq dərisi oğlumun üzünü sərinlədirdi. Biz bir müddət sonra gördük ki, ilan ona zərər vurmayacaq və uşağı ilanın himayəsində saxlamağa qərar verdik. İndi onların arasından su da keçmir".

Nəticədə valideynlər ilanı dayə kimi qəbul edib, hətta evdə olmayanda azyaşlı oğlanı ona etibar ediblər. Çinli ailə qərarlarını belə izah edib: “Düşünürük ki, belə bir qarovulçu olduğu halda heç kim uşağı oğurlamağa cürət etməz".

Açjenin artıq 13 yaşı var və o, zooloq olmaq niyyətindədir. Oğlan qeyri-adi dayəsi haqqında bunları deyib: "O mənimlə həmişə çox ehtiyatlı davranır və heç vaxt həddən çox sıxmır. Əgər insanlar heyvanları daha yaxşı başa düşsəydilər, bir-birinə qarşı mərhəmətli olardılar".
Bolme: Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: