Qeydiyyat

Niyə yuxusuz oluruq

1 343
Niyə yuxusuz oluruq



Yuxusuzluq xəstəliyinə düçar olanlar saatlarla əziyyət çəkir və yata bilmirlər. Onlar tez yuxudan ayılır və sonra da yenidən yuxuya gedə bilmirlər. Yuxusuzluğa ola bilər ki, bəzi pis adətlər səbəb olsun:

- Axşamüstü qəhvə içmək;
- Yatmağa getməmişdən qabaq siqaret çəkmək;
- Yatmağa getməmişdən qabaq ağır xörək yemək;
- Yatağa müxtəlif saatlarda uzanmaq;
- Televiziya qarşısında yatmaq.
yuxu iki cür olur: yüngül və dərin yuxu. Dərin yuxuda tez yatırıq və yuxu görürük. Demək olar ki, yuxuların 25%-i bu yuxuya aiddir. Qalan yuxular isə yüngül yuxulardır.
Nə qədər yatmaq kifayətdir?
İnsanların yuxuya ehtiyacı müxtəlif cür olur. Onların sağlamlığından və yaş fərqindən asılı olaraq, yuxu ehtiyacı da müxtəlifdir.
-Yeni doğulmuş körpələr üçün 12-14 saat kifayətdir.
-Yeniyetmələr üçün 9 saat kifayətdir.
-Yetkin insanlar üçün isə 7-8 saat yuxu kifayətdir.

Psixoloji pozgunluq.
Psixoloji problemlər də yuxusuzluq yaradır. Bu problemlər stress, əsəbilik və iztirabdır. Çox təəsüf ki, bu cür xəstəliklərlə müalicə zamanı dərmanlar da xəstəyə yuxusuzluq yaradır. Əgər içdiyiniz dərman sizə yuxusuzluq gətirirsə, mütləq həkiminizlə bunu məsləhətləşin.
Yuxusuzluğa səbəb olan xəstəliklər.
Artrit, ürək göynəməsi, atsma, tənəffüs problemi, insult.
Yuxusuzluğun başqa səbəbləri.
Qadınların əksəriyyəti hamiləliyin ilk üç ayında yuxusuzluğa düçar olurlar. 65 yaşını keçmiş qadınlar və kişilər də yuxusuzluq çəkə bilərlər. O insanların ki, peşəsi uçmaqla bağlıdır, gecə ilə gündüz yuxusunu qarışdırırlar.
Bolme: Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: