sekiller
Bash Sehife Elaqe Saytin Rss Statistika
Saygac
sekiller, yazili sekiller, sevgi sekilleri, profil sekiller, menali sekiller, maraqli sekiller, sekiller yukle, yazili sekiller yukle, maraqli sekiller yukle, menali sekiller yukle, burcler, gunun burcu, gundelik burcler, statuslar, maraqli statuslar, qarisiq statuslar, sevgi statuslari,
loading...
Bu ayəyə əməl edən kəsin imanı kamildir


Allah-Taala Qurani-Kərimin "Bəqərə" surəsinin 177-ci ayəsində buyurur:

لَّيْسَ الْبِرَّ أَن تُوَلُّواْ وُجُوهَكُمْ قِبَلَ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَلَـكِنَّ الْبِرَّ مَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَالْمَلآئِكَةِ وَالْكِتَابِ وَالنَّبِيِّينَ وَآتَى الْمَالَ عَلَى حُبِّهِ ذَوِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينَ وَابْنَ السَّبِيلِ وَالسَّآئِلِينَ وَفِي الرِّقَابِ وَأَقَامَ الصَّلاةَ وَآتَى الزَّكَاةَ وَالْمُوفُونَ بِعَهْدِهِمْ إِذَا عَاهَدُواْ وَالصَّابِرِينَ فِي الْبَأْسَاء والضَّرَّاء وَحِينَ الْبَأْسِ أُولَـئِكَ الَّذِينَ صَدَقُوا وَأُولَـئِكَ هُمُ الْمُتَّقُونَ

"Yaxşı iş o deyil ki, (namaz zamanı) üzünüzü şərqə və ya qərbə tutasınız. Yaxşı əməl sahibi o kəsdir ki, Allaha, qiyamət gününə, mələklərə, kitaba və peyğəmbərlərə iman gətirib, malını sevdiyi halda halda onu qohumlara, yetimlərə, biçarələrə, yolda qalmışlara və dilənçilərə versin, qulların azad olunmasında xərcləsin və namaz qılıb zəkat versin. Onlar o kəslərdir ki, peyman bağladıqda əhdlərinə vəfa edər, çətinliklər, məhrumiyyətlər, xəstəliklər qarşısında, döyüş meydanında səbirli olar. Onlardır doğru danışan və onlardır həmin təqvalılar."

Ayədə qeyd olunan "birr" sözü yaxşılıq mənasındadır. Yüksək həddə xeyir əməl sahibi olana "birr" deyilir. "Birr" o insanlardır ki, bütün vücudları yaxşılıqdır.

"Bəsa"nın kökü "bus" olub fəqirlik, çətinlik mənasını verir. Bu çətinlik insana xaricdən gələn çətinlikdir. "Zərra" xəstəlik mənasındadır. Bu isə insana daxildən sıxıntı gətirir. "Hiynəl-bəs" - savaş və cihad zamanı deməkdir.

Bu ayə Quranın ən ümumi ayəsidir. Çünki bu ayədə mühüm etiqadi, əməli və əxlaqi üsul bəyan olunur. "Əl-mizan"da Peyğəmbərin (s) belə buyurduğu nəql olunur: "Bu ayəyə əməl edən kəsin imanı kamildir."

Bu ayə üç hissədə - iman, əməl və əxlaqda on beş bəyənilmiş sifət bəyan etmişdir. İman hissəsində Allaha, mələklərə, peyğəmbərlərə, qiyamətə və səmavi kitaba iman məsələsinə işarə olunmuşdur. Əməl hissəsində namaz kimi ibadi, zəkat kimi iqtisadi, qul azad olunması kimi ictimai, savaş meydanında səbir kimi hərbi, çətinliklərə səbir kimi ruhi məsələlər qeyd olunmuşdur. Əxlaqi hissədə əhdə vəfa, qəlbi maddiyyata təslim etməmək, fəqirlərə rəhm kimi məsələlərə toxunulmuşdur.

Allaha iman haqq qarşısında xüzu və tağut qarşısında təslim olmamaq səbəbidir. Qiyamətə iman insanın baxışını dərinləşdirir, səyini artırır. Mələklərin vücuduna iman mücərrəd nizama inamın nişanəsidir. Peyğəmbərlərə iman vəhyə, tarix boyu hidayət cərəyanına imandır. Bu həm də insanın dünyada proqramsız olmamasına dəlildir. İnfaq qarşılıqlı yardım, bir növ dostluq, namaz Allahla birbaşa bağlılıq, zəkat məhrumların çətinliklərinin həlli proqramı, əhdə vəfa əlaqələrin möhkəmləndirilməsi, səbir insanların sınaqdan keçməsi amilidir.

"Atəl-malə əla hubbihi" cümləsi üç cür mənalandırılmışdır:

a) Sevdiyi halda həmin malı başqalarına vermək;

b) Allah sevgisi əsasında mal vermək;

v) Fəqirə sevgi əsasında mal vermək.

Səbir bütün kamilliklərin anasıdır. Quran səbri behiştə çatmaq yolu kimi tanıtdırır. "Onlara göstərdikləri səbir müqabilində uca məqam verilər."[1] Mələklər Behişt əhlinə deyərlər: "Salam olsun sizə ki, səbir göstərdiniz."[2] İlahi rəhbərlər haqqında isə belə buyurulur: "Onları səbirlərinə xatir rəhbər qərar verdik. Onlar bizim əmrimizlə hidayət edərlər."[3]

Dini maarifi tanıtdırmaq məqsədi ilə bu ayədəki təbirlərə oxşar təbirlər rəvayətlərdə də nəql olunmuşdur:

-Elm çox oxumaqla əldə olunmur. Həqiqi elm qəlblərə şölələnmiş ilahi nurdur.[4]

-Böyüklük zahiri bərbəzəkdə yox, aramlıq və vüqardadır."[5]

-Səxavətli o kəs deyil ki, yeri gəldi-gəlmədi infaq etsin. Səxavətli o kəsdir ki, harada Allahın razılığı varsa, orada infaq etsin."[6]

-İbadət çox namaz qılmaq və çox oruc tutmaqla ölçülmür. İbadət Allah və onun əsərləri haqqında düşünməkdir."[7]

-Haqq rəhbərdən məhrum olan kəs ata-anasını itirmiş yetim kimidir."[8]

Təqva kamilliyinə çatmaq üçün həm vacib, həm də vacib olmayan infaq lazımdır. Bəziləri imkansızlara kömək etdikləri halda vacib haqları ödəmirlər. Bəziləri isə xüms və zəkat ödəyir, amma fəqirlərə biganə yanaşırlar. Bu ayədə o şəxs həqiqi mömin sayılır ki, həm vacib, həm də müstəhəb haqları yerinə yetirsin.

Rəvayətdə oxuyuruq: "Varlıların mülkündə zəkatdan əlavə də məhrumların haqqı var." Başqa bir rəvayətdə oxuyuruq: "Qonşusu ac olduğu halda özü tox yatan kəs Allaha və qiyamətə inanmır."[9]

Bildirişlər

1. Dinin mahiyyəti əvəzində zahir ardınca getməyin. Əsl hədəflərdən uzaq düşməyin.

2. Peyğəmbərlərin və səmavi kitabların vəzifələrindən biri xalqların (pis) mədəniyyətini dəyişməkdir.

3. Məfhumları anlamaq yox, onlara əməl etmək mühümdür. "Birr" kəlməsi yaxşılığı bildirir. Amma bu kəlməni bilmək yox, onu həyata keçirmək dəyərlidir.

4. İman əməldən öndə gəlir.

5. İman bütün peyğəmbərlər və mələklərə lazımdır.

6. Xalqla əlaqə ilə yanaşı, Allahla bağlılıq, çətinliklər zamanı ictimai həmrəylik mühümdür.

7. Bütün yaxşı işlər Allaha iman sayəsində formalaşır.

8. İnfaqda İslamın məqsədi yalnız acları doyurmaq yox, həm də mal sahiblərinin qəlbindən dünya sevgisini çıxarmaqdır.

9. Xeyir əməl sahibləri öz var-dövlətlərini Allah yolunda həvəslə infaq edirlər.

10. Fəqirlərə, yetimlərə və yaxınlarınıza öz əlinizlə infaq edin.

11. İnfaqda insana yaxın ehtiyaclılar başqalarından irəlidir.

12. Fəqir, miskin, yolda qalmış və qohum olmasa da, əl açanı rədd etməyin. Ayədə "sailin" sözü müstəqil formada bəyan olunmuşdur.

13. Cihadda iştirak etmədən iman, namaz və zəkat kamilləşmir.

14. İmanlı olduğunu iddia edənlər çoxdur, amma həqiqi möminlər dinin bütün göstərişlərinə əməl edirlər və onlar çox azdırlar.

15. Dini vəzifələrə əməl, ictimai məsuliyyətlərin yerinə yetirilməsi sədaqət nişanəsidir.

16. Əməli əqidəsini təsdiq edən kəs təqvalıdır. ("Təfsiri-nur", Ustad Möhsin Qəraəti, 1-ci cild, "Bəqərə" surəsi, 177-ci ayənin təfsiri.)

[1] "Furqan" surəsi, ayə 75.

[2] "Rəd" surəsi, ayə 24.

[3] "Səcdə" surəsi, ayə 24.

[4] "Biharul-ənvar", c. 1, səh.225.

[5] "Biharul-ənvar", c. 1, səh.106.

[6] "Biharul-ənvar",c. 71, səh.352.

[7] "Biharul-ənvar", c. 71, səh.325.

[8] "Biharul-ənvar", c. 108, səh.171.

[9] "Kafi", c.2, səh.665.
dle
  • İslam – insansevər məktəb
  • Allah bizə yaxındır. Bəs biz necə
  • Səbr və namazdan kömək alin
  • Bu 16 amil insanı Allahın qürb məqamına yaxınlaşdırar
  • Təvqalı olmaq üçün lazım olan 6 müqəddimə

  • Şərhin əlavə edilməsi
    Adiniz:*
    E-Mail:*
    Fikiriniz:
    Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi
    Sekildeki Kod: *

    loading...

    profil sekilleri, sekiller yukle, menali sekiller, maraqli sekiller,

    profil sekiller yukle, maraqli sekiller yukle, menali sekiller yukle, sevgi sekilleri, qiz sekilleri, sekil yukle,

    yazili sekiller, super yazili sekiller, sevgi yazili sekiller, sekiller yukle, sekiller 2018, maraqli sekiller, gulmeli sekiller, yeni sekiller, romantik sekiller, profil sekilleri, ayriliq sekilleri, dini sekiller, gozel sekiller, instagram sekilleri, xanimlarin sekilleri, xanim sekilleri, xanimlardan sekiller, Qarisiq Menali Sekiller, Qarisiq Sekiller, Qarisiq Sevgi Sekiller, Qarisiq Yazili Sekiller, Menali Yazili Sekiller, Maraqli Menali Sekiller, Profil Wekiller, Wekiller, Yeni Yazili Sekiller, maraqli sekiller yukle, super profil, profil wekiller, status sekilleri yukle, qiz sekilleri, yazili sekiller yukle, gozel sekiller, sekil yukle, yazili sekiller instagram, romantik yazili sekiller, super yazili sekiller, gozel yazili sekiller, ask yazili sekiller, instagram Sekilleri, sekil, sekiller yukle, wekiller, yazili wekiller, instagram wekilleri, wekiller yukle, menalı şekil yükle, status şekilleri yükle, ask sekilleri, sevgi sekilleri, yazili sekil,
    super profil wekiller, sekiller profil sekilleri , sekiller romantik sekiller, maraqli sekiller yukle, sekiller yukle sekiller, yeni yazili sekiller, yazili sekiller maraqli, sekiller yeni sekiller, qarisiq yazili sekiller, statuslar sevgi statuslari, gozel sekiller instagram, yazili sekiller sekiller, romantik sekiller profil, maraqli yazili sekiller, ayriliq sekilleri dini, sekilleri dini sekiller, profil sekilleri ayriliq, sekiller yazili sekiller, sekiller qarisiq yazili, qiz sekilleri 2018, profil sekilleri menali, instagram sekilleri 2018, menali yazili sekiller yukle, maraqli yazili sekiller yukle, sevgiye aid sekiller, menali yazili sekiller yukle, yazili sekiller instagram 2018, sevgiye aid yazili sekiller, Instagram Sekilleri yukle, sevgi sekilleri yukle, maraqli sevgi sekilleri, yazili sekilleri yukle,
    darixmaga aid sekiller, maraqli status sekilleri yukle, yazili sevgi sekilleri, menali sozlu sekiller yukle, romantik sevgi sekilleri instagram, darixmaga aid yazili sekiller, maraqli sevgi sekilleri yukle, profil sekli yukle,