Qeydiyyat

İsmi-əzəmə – Allahın əzəmətli adına işarə edən Quran ayələri

1 490
İsmi-əzəmə – Allahın əzəmətli adına işarə edən Quran ayələri


Allahın əzəmətli adı - o addır ki, onun haqqındakı elm ancaq Məsumlara (ə) məxsusdur. Təkcə Məsumlar (ə) Allahın əzəmətli adını kamil şəkildə bilirlər. Belə ki, hər kim bu əzəmətli adı bilər, Allahın izni ilə dua və hacətləri yerinə yetər və fövqəladə işlər görməyə qadir olar.

Din alimlərinin bu adla bağlı iki nəzəri vardır. Bir dəstə alimlər buyurur ki, Allahın əzəmətli adı "Allah" sözü ilə başlayıb, "huvə" sözü ilə bitir. Ancaq başqa nəzərdə olan alimlər buyurur ki, Allahın əzəmətli adı söz şəklində ola bilməz. Bəlkə söz olmaqdan daha üstün həqiqətə malikdir. İnsan özünü tərbiyə edərək, ibadət və İlahi tövfiq sayəsində onu öyrənə bilər.

Birinci dəstə alimlərin nəzərinə görə, Quranın beş ayəsi Allahın əzəmətli adına işarə edən ayələrdir. Onlarla tanış olaq:

1. "Ayətül-kürsü"nün ayələri:

اَللَّهُ لا اِلهَ إلاَّ هُوَ الْحَیُّ القَیُّومُ

2. "Ali-İmran" surəsinin 2-3-cü ayələri.

اَللَّهُ لا اِلهَ إلاَّ هُوَ الحَیُّ القَیُّومُ نَزَّلَ عَلَیْکَ
الْکِتَابَ بِالْحَقِّ، مُصَدِّقاً لِما بَیْنَ یَدَیْهِ، واَنْزَلَ
التَّوْریهَ وَالْإِنْجیلَ مِنْ قَبْلُ هُدیً لِلنَّاسِ، وَاَنْزَلَ
الْفُرْقانَ

3. "Nisa" surəsinin 87-ci ayəsi:

اللَّهُ لا اِلهَ إلاَّ هُوَ لَیَجْمَعَنَّکُمْ اِلی یَوْمِ الْقِیمَهِ
لارَیْبَ فیهِ، وَمَنْ اَصْدَقُ مِنَ اللَّهِ حَدیثاً
4. "Taha" surəsinin 8-ci ayəsi:

اَللَّهُ لا اِلهَ إلاَّ هُوَ، لَهُ الْأَسْمآءُالْحُسْنی

5. "Təğabun" surəsinin 13-cü ayəsi:

اَللَّهُ لا اِلهَ إلاَّ هُوَ، وَعَلَی اللَّهِ فَلْیَتَوَکَّلِ الْمُؤْمِنُونَ

İmam Baqir (ə) buyurur: "Allahın əzəmətli adı 73 hərfdən ibarətdir. Asəfin yanında onların biri var idi. O, həmin hərflə danışdı və nəticədə yer onunla Bilqeysin taxtı arasında açıldı və taxtı öz əli ilə götürdü. Sonra yer bir göz qırpımından az vaxtda əvvəlki halına qayıtdı.

Bizim yanımızda isə əzəmətli adın 72 hərfi vardır. Bir hərf Allah Təalanın yanındadır ki, qeyb elmində onu özünə aid etmişdir".
Bolme: Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: