Qeydiyyat

Nə üçün Allah Təala bizə çatdırışlar edir?

992
Nə üçün Allah Təala bizə çatdırışlar edir?


Hamı üçün aydındır ki, Qurani-Kərim adi kitab deyildir. Ona görə də burada bəyan olunan dastan və hekayələr də səbəbsiz deyildir. Bəs Quranın bu dastanları bizə nəql etməkdə məqsədi nədir?

1. Allah Təala bu dastanları bəyan etməklə, bizləri keçmiş ümmətlərlə tanış etmiş və səyahət etməyin faydalarını bizə göstərməyə çalışmışdır. "Əlbəttə, sizdən öncə İlahi ənənəyə (Allahın dəyişməz ənənəvi qanunlarına) əsasən (kütləvi məhv etmələr kimi) bir sıra hadisələr ötüb keçmişdir. Odur ki, yer üzündə gəzib-dolanın və təkzib edənlərin aqibətinin necə olmasına baxın". ("Ali-İmran" 137).

2. Bu dastanlarda cəmiyyətin nə üçün süqut etdiyinin səbəbləri göstərilmişdir. "Və (camaatı) hədələmək və iman gətirmiş şəxsi Allahın yolundan saxlamaq və Allahın yolunu əymək istəyi ilə (onu əymək və ya əyri göstərmək istiqamətində çalışmaqla) hər yolun başında oturmayın.

Həmçinin az olduğunuz və Allahın sizi çoxaltdığı zamanı xatırlayın və fəsad törədənlərin aqibətinin necə olduğuna nəzər salın!". ("Əraf" 86).

3. Keçmiş ümmətlərin vəziyyətini araşdıran zaman görürük ki, iki cür sünnət mövcud olmuşdur:

a) Saleh və bəyənilən sünnət ki, insanı təkamülə çatdırmış və inkişaf etdirmişdir. Elmə meyil etmək, təfəkkürə təşviq etmək, ədalətə əməl etmək kimi.

b) Çirkin sünnət ki, iman və hidayətə mane olmuşdur. "(Müşrik və kafirlərə) "Allahın nazil etdiyinə tabe olun" deyildikdə, onlar: "(Xeyr,) əksinə, biz atalarımızın getdiyi yola tabe oluruq" deyərlər. Görəsən ataları hətta bir şey anlamayıb, (düz yola) hidayət olunmamış olsalar belə (onlar yenə atalarının yoluna tabe olacaqlar)?!". ("Bəqərə" 170).

4. Bu dastanlar deyir ki, saraylar və qəsrlər sizi aldatmasın. Var-dövlət və bu kimilər - fanidir. "Və yada salın o zaman(ı) ki, sizi Ad qövmündən sonra canişinlər etdi və sizi yer üzündə yerləşdirdi. Onun düzənliklərində (yay) saraylar(ı) tikirsiniz və dağları yonub, (qış) evlər(i) düzəldirsiniz. Buna görə də, Allahın nemətlərini xatırlayın və yer üzündə fitnəkarcasına fəsad törətməyə qalxmayın"". ("Əraf" 74).

5. Əgər insan yer üzündə yaşayan millətlərin həyatına və süqut etmələrinin səbibinə diqqətlə nəzər salarsa, onların həyat təcrübəsindən istifadə edib, düzgün faydalana bilər. "Məgər onlar yer (üzün)də gəzib dolaşmayıblar ki, düşünən qəlbləri və ya eşidən qulaqları olsun?!". ("Həcc" 46).

Allah Təala bizləri ibrət götürənlərdən qərar versin, inşəallah!
Bolme: Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: