Qeydiyyat

Hər xəstəliyə uyğun bal qəbul etmək olar

1 442
Hər xəstəliyə uyğun bal qəbul etmək olar

Bal təbiətin bizə bəxş etdiyi saf, təmiz və faydalı maddələrlə zəngin olan qidadır. Balın növü arıların nektar topladığı çiçəklərdən asılı olaraq dəyişir. İnsan orqanizmi üçün həmin balların ayrı-ayrılıqda və özünəməxsus faydası var. Müxtəlif xəstəliklər zamanı həmin balların növlərindən istifadə etmək olar.

Almaniya Təbiət Elmləri Akademiyasının üzvü, həkim-fitoterapevt Elnur Eldaroğlu bu barədə AZƏRTAC-a deyib: "Şəkərli diabet xəstələri fruktoza faizi az olan bal, məsələn, qaratikan balı qəbul edə bilər. Mədəaltı vəzində problem olanların diastazası az olan baldan istifadə etməsi məsləhətdir. Soyuqdəyməsi olanlar cökə balı qəbul edə bilərlər. Günəbaxan balını daxilə qəbul etmək əvəzinə dəriyə qulluq zamanı istifadə etmək daha xeyirlidir. Ağız boşluğunda xəstəliyi olanların A vitamini ilə zəngin olan balın qaymağından, yəni zabrusdan istifadə etməsi məsləhət görülür. Onu həm çeynəmək, həm də udmaq olar".

Həkimin dediyinə görə, sağlamlıq problemi olmayan hər kəs gün ərzində 20 qramdan 45 qramadək bal yeyə bilər, çünki balın tərkibi amin turşusu ilə zəngindir. Bal yüksək kalorili olsa da, onunla qidalanmaq artıq çəki yaratmır.
Bolme: Saglamliq
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: