Qeydiyyat

Nura Suri ailəsinin dağılmasından danışdı

1 935
Nura Suri ailəsinin dağılmasından danışdı


Nura Suri ailəsinin dağılmasından danışdı

Müğənni Nura Suri ailə həyatının dağılmasından danışıb.
müğənni "ATV maqazin 10larla" verilişinə açıqlamasında bildirib ki, ailə münasibəti inamsızlıqdan bitib: "Bir ailə dağılıbsa, deməli, orada problemlər olub. Ailədə problem olsa da, dözüb oturan qadınları başa düşmürəm. Ailə tək sevgi üzərində qurulmamaılıdır. Orada hörmət də olmalıdır. Həyat yoldaşını ananı sevdiyin kimi sevməlisən. Çünki o uşaqlarının anasıdır. Insanlar arasında etibar olmalıdır. Kişi qadınına inanmadığı üçün gəlib gözəllik salonun qabağında dayanmamalıdır. Kaş, Allah insana ağılı təcrübədən sonra verməyəydi. Həyat təcrübəsini yaşamadan öyrənəydik. Erkən ailə qurmaq yaxşıdır ki, uşaqlarınla bir böyürürsən. Pisdir ki, təcrübəsiz olursan. Zamanla hər şey yoluna düşür. İnsan illər sonra başa düşür ki, keçmiş həyat yoldaşın ilə dost qalmalısan. Indi yaşadığım həyatdan razıyam. Dır-dır edib başımın ətini yeyən yoxdur. Mənim alnıma da tək olmaq, sınmamaq, qırılmamaq yazılıb".

Müğənni növbəti dəfə ailə qurmaq istədiyini də gizlətməyib: "Mən istəyərəm ki, mənə arxa, dayaq olacaq biri olsun həyatımda. Özümü ancaq qadın kimi hiss edim. İndi həm kişi, həm qadınam. Arada oğlum David də deyir ki, sən kişi-anasan. Çox istərdim ki, bütöv, hər şey öz yerində olan ailəm olsun. Yenidən ana olmaq haqda düşünməsəm də, övladlığa uşaq götürə bilərəm".

Qeyd edək ki, Nura Surinin Xosrov, Möhsen və David adlı 3 oğlu var.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: