Qeydiyyat

Qadındakı ən yaxşı xislətlər

1 660
Qadındakı ən yaxşı xislətlər



qadındakı ən yaxşı xislətləri təqdim edir

İmam Əli (ə): "Qadınların ən yaxşı xüsusiyyətləri kişilərin ən pis xüsusiyyətləridir: qürur, qorxaqlıq və xəsislik. Çünki qadın məğrur olsa özünü (naməhrəmin) ixtiyarına verməz. Xəsis (tutumcul) olsa, özünün və ərinin malını saxlayar, qorxaq olsa başına gələn (bədnamlığına səbəb ola biləcək) hər şeydən qorxar."

İdarəçiliyin qadına tapşırılmasının qadağan olunması
ALLAHın Peyğəmbəri (s.a.a.): "Öz işlərinin cilovunu qadınların əlinə verən kişi heç vaxt nicat və qurtuluşun üzünü görməz."

ALLAHın Peyğəmbəri (s.a.a.): "Öz işini qadına tapşıran camaat heç vaxt qurtuluşun üzünü görməz."

İmam Əli (ə): "Qadına onun gücündən artıq olan işi tapşırma. Çünki o, işçi deyil, bir güldür. Onu əzizləməkdə də həddini aşma və elə eləmə ki, (sənin yanında) kimisə şəfaət etməyə cürət etsin."

Qadını sevməyin təriflənməsi
ALLAHın Peyğəmbəri (s.a.a.): "Bəndənin imanı artdıqca, onun qadına olan sevgisi də artar."

İmam Sadiq (ə): "Kimin bizə məhəbbəti artarsa, qadın və halvaya məhəbbəti də artar."

İmam Sadiq (ə): "Qadın sevgisi Peyğəmbərlərin (ə) əxlaqındandır."
Bolme: Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: